Diplomatlar Ukraynadan çıxarılır: müharibə təlaşı
- 24.01.2022, 10:54,
- Hadisə
Baxılıb: 38
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ öz diplomatlarını Kiyevdən təxliyə etməyə başlayıb.
Diplomatların təxliyəsinin səbəbi kimi hər an müharibənin başlama təhlükəsi göstərilir.
“Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat verilib.
Qurum əməkdaşlarının könüllü getməsinə icazə verib və ailə üzvlərinin Kiyevdəki səfirliyi tərk etməsinə göstəriş verib.
Bu qərar Rusiyanın hərbi əməliyyatları təhlükəsinin davam etməsi səbəbindən qəbul edilib.
Qeyd olunur ki, Ukraynadakı ABŞ vətəndaşları kommersiya və ya digər şəxsi avtomobillərdən istifadə edərək dərhal oranı tərk etməyi düşünməlidirlər.
“Rusiyanın Ukraynaya qarşı ciddi hərbi əməliyyatlar planlaşdırdığına dair məlumatlar var. Xüsusilə Ukrayna sərhədləri boyunca, Rusiyanın işğal etdiyi Krımda və Rusiyanın nəzarətində olan şərqi Ukraynada təhlükəsizlik şəraiti gözlənilməzdir və kəskin şəkildə pisləşə bilər”.