• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Ev alarkən diqqətli olun! — Sizin də başınıza gələ bilər - VİDEO

  • 14.11.2019, 10:10,
  • Hadisə
  • Baxılıb: 87
Ev alarkən diqqətli olun! — Sizin də başınıza gələ bilər - VİDEO

İllərlə əziyyət çəkib yığdığı pullla ev alan vətəndaş indi yenə kirayələrdə qalır.
Xezerxeber.az xəbər verir ki, Abşeron rayonu Masazır qəsəbəsindən ev alan vətəndaş iddia edir ki, evi aldığı maklerin tamahının qurbanı olub.

Belə ki, ev tikib alqı satqı edən şəxs tikinti zamanı keyfiyyətsiz materialdan istifadə edib. Nəticədə bu gün vətəndaşın evi təhlükəli vəziyyətdədir. Hər an uçmaq təhlükəsi ilə üz üz ə olan evdə yaşamaq mümkün deyil.

30 min manat verib ev alsa da,aldığı ev indi hər an uçmaq təhlükəsi ilə üz üzədir.

Paytaxt sakini Aygün manafova bu ilin əvvəlində Abşeron rayonu Masazır qəsəbəsindən özünə ev almaq istəyib.Elçin Babayev adlı makler ona qəsəbədə iki mərtəbəli həyət evi göstərib və bildirib ki,evi öz doğma oğlu üçün tikib .Tikintidə isə ən yaxşı materiallardan istifadə etdiyini deyib.Vətəndaş ödənişi edib evə köçdükdən cəmi bir neçə ay sonra isə artıq evin demək olar ki bütün otaqları ,o cümldən istinad divarları çatlayıb.
Aygün manafova deyir ki,o qorxusundan evdə qala bilmir.Evi uçmaq təhlükəsi ilə üz üzə olduğundan digər qonşular da narahatdır.Vətəndaşın sözlərinə görə Elçin Babayev masazır qəsəbəsində belə çox ev tikərək satıb.Hazırda həmin evlər də təhlükə altındadır.

Tikinti və alqı satqını həyata keçirən Elçin Babayev isə iddia edir ki,vətəndaşın evində qaz borusu partladığından ev bu hala düşüb. Baxmayaraq ki çəkiliş müddətində partlayışla bağlı hər hansı bir əlamət müşahidə etmədik.

Elçin Babayev bizi evdə partlayışın olduğuna inandırmağın mənasız cəhd olduğunu başa düşdükdən sonra telefonu söndürdü.Lakin o vətəndaşın pulunu geri qaytaracağına da söz verdi.

Hüquqşünaslar isə bildirir ki, evi satan şəxs gizli qüsurlar barədə vətəndaşa məlumat verməli idi. Hazırkı vəziyyətdə isə vətəndaş dəymiş ziyanı tam tələb edə bilər.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 023
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 712
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter