• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Bakıda loqopedik mərkəzdə uşaqlara işgəncə verildi - Video

  • 03.09.2022, 10:43,
  • Hadisə
  • Baxılıb: 71
Bakıda loqopedik mərkəzdə uşaqlara işgəncə verildi - Video


Bakıda loqopedik mərkəzdə azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

“Patrul.az” saytında yayımlanan görüntülərin “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Mehnur” loqopedik mərkəzində qeydə alındığı bildirilib.

Mərkəzin xüsusi qayğıya ehtiyacı olan, əsasən nitq və əqli məhdudiyyətli uşaqların reabilitasiyası üçün fəaliyyət göstərdiyi qeyd edilsə də, videoda uşaqların saçlarının yolunduğu, onlara fiziki əzab və işgəncə verildiyi görünür.

Görüntülərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, məsələ artıq nəzarətə götürülüb: “Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

***

Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə “Qafqazinfo”ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır. Komissiya Səhiyyə Nazirliyi,Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aydiyyatı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter