Yaxın günlərdə Azərbaycanda güclü zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA
- 22.02.2023, 12:37,
- Hadisə
Baxılıb: 58
Facebook
Вконтакте
Одноклассники
Google+
"Yaxın günlər üçün də Azərbaycanda dəhşətli, qorxulu katastrofik zəlzələ gözlənilmir".
Bunu baku.ws-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
"Hər gün Azərbaycan ərazisində çoxlu sayda təkanlar olub. Elə bu gecə də çoxlu yeraltı təkan qeydə alınıb. Biz sadəcə böyük olanı mətbuata vermişik. Qorxulu bir şey yoxdur. Özü də o ərazidə, aşağı çökəkdə baş verən təkanlar daha dərində olur nəyinki şimal, şimal qərbdə, Böyük Qafqazın cənubi şərqində baş verən zəlzələlər" - deyə, seysmoloq bildirib.
Qeyd edək ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3,6-ya bərabər olan zəlzələ episentrdə hiss olunmayıb.