DYP dumanlı sürücülərə müraciət edib
- 27.02.2023, 12:01,
- Hadisə
Baxılıb: 47
Facebook
Вконтакте
Одноклассники
Google+
“Dumanlı hava şəraiti ilə bağlı sürücülərə əsas tövsiyəmiz budur ki, ara məsafəsinə, sürət həddinə diqqət yetirsinlər. Ən vacib olan budur”.
Bu sözləri Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.
Onun sözlərinə görə, dumanlı havada görmə məsafəsi aşağı düşür: “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsində meteoroloji vəziyyət dəyişdikdə sürücülərin nələrə diqqət yetirməli olduqları məhz bu məsələdə xüsusi olaraq göstərilib. Sürücülərdən yollarda piyadalara qarşı diqqətli olmalğı və duman əleyhinə olan işıqlardan təyinatı üzrə istifadə etməyi xahiş edirik!