Nəcməddin Sadıkovla bağlı araşdırmalara başlanıldı
- 02.11.2023, 14:20,
- Hadisə
Baxılıb: 43
Facebook
Вконтакте
Одноклассники
Google+
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırmaları davam edir.
“Qafqazinfo” xəbər verir ki, hazırda məhkəməsi davam edən şəxslərin cinayət işindən əlavə Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə nəfər barəsində icraat ayrılıb.
Onlarla bağlı istintaq orqanında araşdırma aparılır.
Hazırda ittiham olunan polkovniklərin vəkilləri növbəti iclaslarda N.Sadıkovla bağlı vəsatət qaldıracaqlar.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.