• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Azərbaycanda dəhşətli qətl: Bıçaqladı, maşınla üstündən keçdi, avtomobilə qoyub çaya atdı

  • 10.01.2020, 12:22,
  • Hadisə
  • Baxılıb: 110
Azərbaycanda dəhşətli qətl: Bıçaqladı, maşınla üstündən keçdi, avtomobilə qoyub çaya atdı


İmişli rayonunda qətl hadisəsi törədilib.

Report” xəbər verir ki, yanvarın 7-də polis şöbəsinə Kür çayının İmişli rayonu Ağamalılar kəndi ərazisindən keçən hissəsində “QAZ-3110” markalı avtomobilin çaya düşməsi ilə bağlı məlumat daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində avtomobilin İmişli şəhər sakini 1981-ci il təvəllüdlü Əzizov Zaur Mikayıl oğluna məxsus olduğu və onun qətlə yetirildiyi məlum olub.

İlkin ehtimala görə, Zaur Əzizovla tanışı İmişli şəhər sakini 1994-cü il təvəllüdlü Quliyev Elmin Elsəvən oğlu arasında pul üstündə mübahisə yaranıb.

Zaur əlindəki bıçaqla Elminə bıçaq xəsarətləri yetirib. Daha sonra Elmin bıçağı Zaurdan alaraq ona qarın və baş nahiyəsindən zərbə endirib.

Zaurun ölmədiyini görən Elmin birinciyə məxsus avtomobillə onun üzərindən keçərək öldürüb. Daha sonra meyiti yaxınlıqdakı kolluğun içərisinə atıb.

Həmçinin Elmin Zaura məxsus avtomobili hadisə yerindən 1 km aralı məsafədə Kür çayına ataraq hadisə yerindən kənarlaşıb.

Meyit hadisə yerindən götürülərək məhkəmə tibbi ekspertizaya təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, hadisədə şübhəli bilinən Elmin Quliyev saxlanılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter