• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Nəşi tapılan Fəridin atası: "Əsgərlikdən sonra iş qurmaq, bizə dəstək olmaq istəyirdi"

  • 08.08.2024, 09:21,
  • Hadisə
  • Baxılıb: 60
Nəşi tapılan Fəridin atası: "Əsgərlikdən sonra iş qurmaq, bizə dəstək olmaq istəyirdi"


İki il əvvəl Laçında itkin düşən 2003-cü il təvəllüdlü hərbi qulluqçular - Fərid Məmmədov və Firdovsi Abdullayevin meyitləri Kəlbəcərdən tapılıb. Onlar yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqamətlərini itirərək itkin düşüblər.

Nəşi tapılan Fərid Məmmədovun atası Əjdər Məmmədov modern.az-a açıqlamasında bildirib ki, oğlunun sağ qayıdacağını gözləyirmiş:

"99% əmin idim ki, Fərid sağ-salamat evimizə qayıdacaq. İki ildir gözlərimiz yollarda idi. Allahın işi elə gətirdi ki, şəhid oldu".

Onun sözlərinə görə, Fəridin uşaqlığı çox çətin şəraitdə keçib:

"Fəridlə qardaşı çox zülmlə böyüyüblər. Fəridin uğurlu gələcəyi olacağını gözləyirdik. Əsgərlikdən sonra çox planları, arzuları var idi. İş qurmaq, bizə dəstək olmaq istəyirdi. Həmişə deyərdi ki, ata, mənə çəkdiyin əziyyətin qarşılığını verəcəyəm".

Məlumata əsasən, Fərid Məmmədovun cənazəsi sabah Ağdam şəhidlər xiyabanında dəfn olunacaq.

Xatırladaq ki, hərbçilərin itkin düşməsinə görə iki nəfər həbs olunub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 015
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 701
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter