• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Polis bu yolda sürücüləri niyə cərimələyir? – Video

  • 27.01.2020, 10:54,
  • Hadisə
  • Baxılıb: 87
Polis bu yolda sürücüləri niyə cərimələyir? – Video


Paytaxtın Xətai rayonu Süleyman Əhmədov küçəsi ilə Nobel Prospektini birləşdirən yoldan istifadə edən sürüclər problemlə qarşılaşırlar. Süleyman Əhmədov küçəsindən prospekt istiqamətində şəhərə tərəf olan hissədə yolda 2 zolaq, Zığ şossesi tərəfə olan hissədə isə bir zolaq çəkilib. Nəticədə Zığ şosessi istiqamətinə gedən sürücülər məcbur qalıb ortada olan təhlükəsizlik adacağında avtomobil saxlayırlar ki, bu da onların 40 manat miqdarında cərimə edilməsi ilə nəticələnir.

Turkustan.info xəbər verir ki, yeni təmirdən çıxmasına baxmayaraq sürücülər bu yoldan istifadə edən zaman problemlə qarşılaşırlar. Bu yolun bir istiqamətində zolaqların sayının az olması tıxac yaratmaqla yanaşı,həm də sürücülərin cərimələnməsinə səbəb olur.

Bura Bakının Xətai rayonu Süleyman Əhmədov küçəsi ilə Nobel prospektini birləşdirən yoldur. Rayonun NZS qəsəbəsindən gəlib üzü Zığ şosessi istiqamətinə gedən sürücülər zolaqların azlığından şikayyətçidirlər. Onların sözlərinə görə, yolda şəhər istiqamətinə daha geniş yer ayrılıb. Zığ şosessi istiqamətinə isə bir zolaq çəkilib. Buna görə də Zığ şosessi tərəfə getmək istəyən sürücülər ortada çəkilən ”Təhlükəsizlik adacağın”da saxlamalı olurlar. Bu zaman isə sürücülər 40 manat miqdarında cərimə edilir. Üstəlik bu istiqamətdə işıqforun yaşıl işiğının 15 saniyə yanması da tıxacın yaranmasına səbəb olur..

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, Süleyman Əhmədov küçəsindən gələn nəqliyyat vasitələrinin daha rahat keçidini təmin etmək məqsədi ilə zolaqlarda genişləndirmə və kanallaşdırma işləri aparılsa vəziyyət yaxşılaşar.

Sürücülər problemin tezliklə həll olunmasını istəyirlər.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 038
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 728
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter