• 13:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 
  • 13:15 – Azərbaycan Türkmənistana tanker hədiyyə edib 
  • 13:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub 
  • 13:41 – Prezident fərman imzaladı 

Göyçə uğrunda əməliyyat: yüzlərlə tikili söküldü

  • 22.06.2026, 15:30,
  • Hadisə
  • Baxılıb: 4
Göyçə uğrunda əməliyyat: yüzlərlə tikili söküldü


Göyçə gölü ətrafında qanunsuz tikililərin sökülməsi davam edir.

Ermənistan Prokurorluğunun yaydığı məlumata görə, Göyçə gölünün səviyyəsinin mütləq 1905 metr nişanından aşağı yerləşən 60 torpaq sahəsində 162 bina və tikili sökülüb.

Qurum bildirib ki, qanunsuz tikililərin sökülməsi ilə bağlı işlər prokurorluğun vəsatətləri əsasında davam etdirilir.

Açıqlamada vətəndaşların “əgər bu binaları sosial cəhətdən həssas ailələrə vermək mümkündürsə, niyə sökürsünüz?” sualına da cavab verilib. Qeyd olunub ki, həmin ərazilər sahilyanı mühafizə zonasına daxildir və gələcəkdə su altında qala bilər.


Bundan əlavə, bu obyektlərə mülkiyyət hüququnun qeydiyyata alınmasının qanunvericiliklə qadağan edildiyi, tikililərin isə Göyçə gölünün ekosisteminə, suyun təmizliyinə və keyfiyyətinə mənfi təsir göstərdiyi vurğulanıb.

Prokurorluğun məlumatına görə, söküntü işlərindən sonra tikinti tullantıları da ərazidən çıxarılır.musavat.com
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 227
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 185
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter