• 14:52 – Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi 
  • 13:26 – Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü 
  • 12:40 – Daşaltı kəndinin fonunda - Fotolar 
  • 12:34 – Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar 

DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO

  • 26.06.2026, 09:46,
  • Hadisə
  • Baxılıb: 7
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO


Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-dən verilən xəbərə görə, paytaxt və bölgələrdə keçirilən növbəti əməliyyat zamanı 37 yaşlı Müzadil Məmmədov, 35 yaşlı Kamran Məmmədov, 40 yaşlı Xanım Qardaşova, 43 yaşlı Rövşən Nəsirov, 42 yaşlı Fərid Nəzərov, 26 yaşlı Orxan Abbasov, 27 yaşlı Eyyub Məmmədov, 43 yaşlı Abdulla Məmmədov və 36 yaşlı Museyib Həsənov saxlanılıblar.

Həmin şəxslərdən 46 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, həşiş, eləcə də yüksək təsirli narkotik vasitə olan kokain, 2087 ədəd psixotrop tərkibli metadon, ekstazi həbi, elektron tərəzilər və narkotiklərin satışından əldə edilən 55270 manat pul vəsaiti aşkarlanıb.

Araşdırmalarla müəyyən olunub ki, bu şəxslər xarici narkotacirlərin tapşırıqları əsasında ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil ediblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Arda DÇ-də rekorda imza atdı

  • Bu gün, 09:27
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 228
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 185
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter