Gizlədilən silahlar belə aşkarlandı - XÜSUSİ ƏMƏLİYYAT
- 30.06.2026, 11:23,
- Hadisə
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
İyunun 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 qumbaraatan, 1 tapança, 5 qumbara, 3 alışdırıcı, 7 tüfəng, 12 patron darağı və 3025 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.