• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Əli İnsanovun köməkçisinə 30 sutka həbs verilib - Rəsmi açıqlama

  • 08.09.2020, 13:20,
  • Hadisə
  • Baxılıb: 130
Əli İnsanovun köməkçisinə 30 sutka həbs verilib - Rəsmi açıqlama


Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə özlərini Haqq-Ədalət Partiyası adlandıran birliyin sədri, sabiq Səhiyyə naziri Əli İnsanovun köməkçisi Rəşad Abbaslının oğurlanması barədə yayılan məlumatlara aydınlıq gətirib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, ictimai asayişi pozan şəxsin kimin köməkçisi, hansı partiyanın üzvü olmasının əhəmiyyəti yoxdur: “Rəşad Abbaslı da ictimai qaydanın və ictimai asayişin pozulmasına yönəlik hərəkətlərə yol verdiyinə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanılmış materiallarla birlikdə rayon məhkəməsinə göndərilib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə Rəşad Abbaslı barəsində 30 sutka inzibati həbs qərarı çıxarılıb. Onun guya Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılması və işgəncələrə məruz qalması barədə yayılan məlumatlar uydurmadır və həqiqəti əks etdirmir”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter