• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Türkiyəli futbolçular Bakıda dalaşıb

  • 21.06.2021, 11:50,
  • İdman
  • Baxılıb: 30
Türkiyəli futbolçular Bakıda dalaşıb


AVRO-2020 ilə erkən vidalaşan Türkiyə yığmasının düşərgəsində İsveçrə ilə dünənki oyundan əvvəl gərginlik yaşanıb.

Apasport.az xəbər verir ki, “ay-ulduzlular”ın Bakıdakı son məşqi zamanı iki futbolçu arasında dava düşüb.

Ön xətt oyunçuları Halil Dərvişoğlu ilə Enes Ünal bir epizodun ardından əlbəyaxa olublar. Lakin digər futbolçular cəld müdaxilə edərək, onları ayırıb. Halil onu sakitləşdirməyə çalışan Cengiz Ündərlə də mübahisəyə girişib.

Buna qəzəblənən baş məşqçi Şenol Günəş həm Halili, həm də Enesi sərt şəkildə xəbərdarlıq edib. Hər iki futbolçu bu səbəbdən İsveçrə ilə qarşılaşmada meydana çıxmayıb.

Qeyd edək ki, yer aldığı A qrupunda İtaliya (0:3), Uels (0:2) və İsveçrəyə (1:3) məğlub olan Türkiyə millisi sonuncu yeri tutub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter