• 13:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib 
  • 10:38 – Prezident onları təltif etdi - FOTO 
  • 10:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 
  • 10:00 – Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır 

Formula 1 Azərbaycan Qran Prisi: İkinci yarış gününün proqramı

  • 27.04.2019, 10:16,
  • İdman
  • Baxılıb: 126
Formula 1 Azərbaycan Qran Prisi: İkinci yarış gününün proqramı


Aprelin 27-də Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ikinci yarış gününə start verilir.

BEŞ.AZ Trend-ə istinadən xəbər verir ki, bu günün proqramında Formula 2 bolidlərinin paradı və F2 pilotlarının birinci yarışı var.

Bundan başqa, Bakı trekində Formula 1 bolidlərinin üçüncü sərbəst yürüşü və sıralama turu keçiriləcək.

Həmçinin "Alfa Romeo" və "Mercedes" komandalarının pilotlarının avtoqraf sessiyası olacaq.

Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas, Kimi Raikkonen, Maks Ferstappen kimi tanınmış pilotlar var.

Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir - 7,6 metr. Start və finiş xətti "Azadlıq" meydanındadır.

2016-cı ildə "Williams" komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb - 378 km/saat.Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.



Formula 1 Azərbaycan Qran Prisi: İkinci yarış gününün proqramı
Formula 1 Azərbaycan Qran Prisi: İkinci yarış gününün proqramı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 115
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 479
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter