• 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 10:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 
  • 22:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 22:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 

Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar

  • 29.04.2024, 22:12,
  • İdman
  • Baxılıb: 146
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar


aia.az xəbər verir ki, 24-28 Aprel 2024-cü il tarixlərində Türkiyənin Mersin şəhərində Universal Döyüş idman növü üzrə növbəti Avropa çempionatı keçirilib. Bu mötəbər yarışda ölkəmiz 13 idmançı ilə təmsil olunub. Yarışlar bütün yaş kateqoriyalarında təşkil olunmuşdu. Milli komandamızın tərkibi 5 yeniyetmə, 5 qənc, 2 böyük və 1 peşəkar idmançıdan ibarət olub. Yeniyetmələr arasında Əhməd Məmmədov ikinci, Həşim Abdullayev, Sərvər Rzayev, Tural Hümbətli və Ziya Sərdarlı öz çəki dərəcələrində birinci olubllar.
Gənclər arasında Əli Quiyev III yerə, Həmid Orucov II yerə sahib olublar. Adəm Seyidov, Abbas Abdullazadə və Bayram Qəhrəmanlı isə bütün rəqiblərinə qalib gələrək kürsünün ən yüksək pilləsinə yüksəliblər. Böyüklər arasında Mehti Şahverdiyev 55 kq çəki dərəcəsində I yerə sahib olub. Yenə də böyüklər arasında çempionata qatılan digər idmançımız, dəfələrlə Avropa və dünya çemionatlarının qalibi və mükafatçısı olmuş, 95 kq çəkidə bu yarışın əsas favoritlərindən olan Mehman Hüseynov da ona olan inamları sona qədər doğruldub. İdmançımız bütün rəqiblərinə böyük üstünlüklə qalib gələrək yarışın qalibi olub və bir daha ölkəmizin bayrağını ən yüksəyə ucaldıb. Peşəkarlar arasında təşkil olunmuş yarışlarda ölkəmizi təmsil edən və son zamanlarda ard-arda qazandığı qələbələrlə peşəkar arenaya səs salan, 65 kq çəki dərəcəsində “Peşəkar reytinqlər”də məğlubiyyətsiz irəliləyən Mədət İbrahimov bu yarışda da rəqbini vaxtından əvvəl, elə birinci raunddaca nokauta göndərərək həm peşəkarlar arasında Avropa çempionu titulunu, həmdə peşəkar karyerasında özünün 7-ci qələbəsini qazanıb.

Məşqçi İslam Novruzov, Baş məşqçi Cavidan Qarayev , “Qartal” Peşəkar İdman Kubunun rəhbəri Yaqub İbrahimov və Federasiyanın Prezidenti Azər Həsənov ümumi yarış barədə xoş təəsüratlarını bölüşüblər və idmançılarımızı bu böyük uğurla təbrik ediblər. Mətbuata təqdim olunan açıqlamada gələcək yarışlara daha ciddi hazırlaşaraq daha çox idmançı ilə təmsil olunmağın qarşıya əsas məqsəd qoyulduğu bildirilib. Qeyd edək ki, ümumilikdə 25 ölkədən 620 idmançının iştirak etdiyi Avropa çempionatında Azərbaycan Millisi komanda hesabında III yerə çıxıb. Bu mötəbər yarışda komandamızın iştrakına yaxından dəstək olduqları üçün başda “Nice group”un rəhbəri Nicat Paşayev olmaqla və şirkətin bütün komandasına, “AnArt” şirkətinin rəhbərliynə və “RR Travel Company” şirkətinə bütün idmançılarımız adından təşəkkürümüzü bildiririk.


Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -FotolarAzərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -FotolarAzərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -FotolarAzərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -FotolarAzərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Hərbçimiz vəfat etdi

  • Dünən, 09:57
  • 8
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 184
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 549
  • 21
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter