Avropa Liqası: "Qarabağ"ı İslandiyada çətin oyun gözləyir
- 16.07.2026, 09:53,
- İdman
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün təmsilçimiz "Qarabağ" avrokuboklarda növbəti oyununa çıxır.
Ağdam təmsilçisi UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında İslandiyanın "Vestri" komandası ilə qarşılaşacaq.
Reykyavikdə yerləşən "Valbyarnarvöllur" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində MOİK (Sofiya, Bolqarıstan) - "Derri" (İrlandiya) duelinin güclüsü ilə qarşılaşacaq.