“Formula 1” üzrə Azərbaycan Qran-prisi ləğv olundu – RƏSMİ
- 12.06.2020, 13:19,
- İdman
Baxılıb: 220
Facebook
Вконтакте
Одноклассники
Google+
“Böyük təəssüf hissi ilə bildiririk ki, COVİD-19 koronavirus pandemiyası səbəbindən Formula 1 Azərbaycan Qran Prisi 2020 ləğv olunur”.
Bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin yaydığı açıqlamada bildirilir.
“Sevimli yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli Formula 1 azarkeşlərinin, həmçinin Formula 1 əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq” deyə bəyanatda vurğulanıb.
BŞH onu da qeyd edib ki, bilet sahibləri biletlərin qaytarılması ilə bağlı ətraflı məlumatı bu keçiddən öyrənə bilərlər.
Hər hansı bir sual yarandıqda isə BŞH komandası kömək etməyə hazır olduğunu bəyan edib: “2021-ci ildə mövsümün ən yaxşı yarışını keçirmək üçün böyük əzmlə çalışmağa davam edəcəyik. Sizi növbəti il, yeni mövsümdə görməyə çox şad olacağıq!”
Qeyd edək ki, Azərbaycan Qran-prisindən əlavə, Yaponiya və Sinqapurdakı yarışlar da ləğv olunub.