• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

SOCAR Türkiyə NEFERTITI layihəsi üzrə qrant müqaviləsini mart ayında imzalayacaq

SOCAR Türkiyə NEFERTITI layihəsi üzrə qrant müqaviləsini mart ayında imzalayacaq


SOCAR Türkiyə dayanıqlı inkişafın aparıcı qüvvəsi olaraq gördüyü Ar-Ge (Tədqiqat və İnkişaf) və İnnovasiya mərkəzinə böyük əhəmiyyət verir.

Bunu Trend-ə SOCAR Türkiyə Tədqiqat və İnkişaf (AR-GE) və İnnovasiya şirkətinin baş direktoru Bilal Quliyev deyib.

Onun sözlərinə görə, dəyər zəncirindəki bütün iştirakçılar üçün innovativ, dayanıqlı, ətraf mühitə zərərli təsiri olmayan və bazar yönümlü məhsul, eləcə də, katalizator və rəqəmsal texnologiyalar hazırlamağı qarşısına məqsəd qoyan SOCAR Türkiyə Ar-Ge Mərkəzi çox qısa zaman ərzində mühüm layihələrə imza atdı.

Daha ətraflı

“Bunlardan biri də günəş enerjisiylə karbondioksiddən etanol/izo-propanol kimi kimyəvi maddələr istehsal etməyi hədəfləyən NEFERTITI layihəsidir. Karbondioksid və suyu kimyəvi maddələrə çevirəcək bu layihəmizlə alternativ enerji mənbələrinin istifadəsinin diversifikasiyası sahəsində təcrübəmizi artırmağı qarşımıza məqsəd qoymuşuq. İnanıram ki, NEFERTITI layihəsi SOCAR Türkiyənin orta və uzunmüddətli dayanıqlılıq və enerji keçidi strategiyasına da büyük töhvə verəcəkdir. Sevindirici haldır ki, layihəmiz beynəlxalq ictimaiyyət tərəfindən də müsbət reaksiyaya səbəb oldu və bildiyimiz kimi bir qədər əvvəl Avropa Komissiyası ÜFÜQ 2020 (HORIZON 2020) qrant proqramı tərəfindən maliyyələşdiriləcək layihələr arasında NEFERTITI-nin də olacağı təsdiqləndi”.

Quliyev bildirib ki, SOCAR Türkiyə Ar-Ge mərkəzi ciddi rəqabət şəraitində “Enerji sahəsi 2020” mükafatına layiq görülən konsorsiuma daxil olan 10 beynəlxalq şirkətdən biri oldu.

“İspaniya, Çin, ABŞ, İrlandiya, Hollandiyadan olan beynəlxalq tərəfdaşların daxil olduğu layihə konsorsiumunda yeganə Azərbaycan və Türk şirkəti olduğumuz üçün qürur duyuruq. Bu baxımdan, NEFERTITI layihəsinin 389 min avroluq büdcəsinin hamısı AB Komissiyasının ÜFÜQ 2020 qrant proqramı tərəfindən qarşılanacaqdır. Layihə üçün qrant müqaviləsinin 1 mart 2021-ci il tarixində imzalanacağı gözlənilir. Bu tarixdən sonra layihəmizin tamamlanması üçün 48 ay vaxtımız olacaq. NEFERTITI bir tədqiqat layihəsidir və ilk olaraq pilot miqyasda bir prototip istehsal ediləcəyi üçün burada heç bir investisiya tenderinə ehtiyac yoxdur. Məhsulun kommersiyalaşdırılması və sərmayənin cəlb edilməsi üçün yeni layihələrin planlaşdırılması daha sonra gündəmə gələcəkdir. NEFERTITI layihəsinin konsorsiumunda 10 şirkət var və işimizi bu şirkətlərlə əməkdaşlıq edərək həyata keçirəcəyik. Lakin təşviq müqaviləsini imzalamadan bu şirkətlərin adlarını açıqlamağımız məqsədəuyğun deyil”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 32 dərəcə isti olacaq

  • Bu gün, 14:22
  • 4
  • 0

Bakıda yeni körpü tikilir

  • Bu gün, 11:37
  • 7
  • 0

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter