• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Azərbaycanda mobil telefonlar bahalaşacaq - YENİ TƏLƏB

Azərbaycanda mobil telefonlar bahalaşacaq - YENİ TƏLƏB


Artıq fiziki şəxslər tərəfindən səfər zamanı ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməli olacaq.

Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xəbərdarlığında qeyd olunub.

Bildirilir ki, cari ilin fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

Bəs bəyannamə tələbi fiziki şəxslər tərəfindən xarici ölkələrdən mobil telefon gətirilməsinə necə təsir edəcək?

İqtisadçı ekspert Natiq Cəfərli "Ölkə.Az"a açıqlamasında bildirdi ki, bu addım elektrotexnika satışı ilə məşğul olan iri şirkətlərin maraqlarına xidmət edir: "Dövlət orqanları vətəndaşların maraqları çərçivəsində davranmağı öyrənməlidirlər, iri şirkətlərin maraqlarını qorumağa çalışmamalıdırlar. Vətəndaş bir mobil telefonu özü işlətmək üçün gətirirsə, burada məhdudiyyət olmamalıdır".

Ekspertin sözlərinə görə, bəyannamə tələbi olan bu mobil telefonlar 300 dollarlıq limitə daxil olmayacaq, çünkü bu limit onlayn sifariş edilən məhsullara aiddir: "Lakin gətirilən mobil telefonlara 18%-lik ƏDV tətbiq edilə bilər. Bununla bağlı açıqlama verilməsə də, bəyannamə doldurulan zaman əlavə vergilər tətbiq oluna bilər. Bundan başqa, güman olunur ki, İMEİ kodun bahalaşması da nəzərdə tutulub".

"Əslində hər hansı mobil telefonun poçt şöbəsində qeydiyyata qoyulması da turizm potensialını artırmaq istəyən ölkə üçün uyğun deyil. Bu, turistlər üçün ciddi problem yaradır. Həmçinin ölkə əhalisi telefon alarkən qeydiyyata az qala 1 telefonun qiymətini ödəmək məcburiyyətində qalırlar ki, xüsusən də, bu, bahalı və yeni model mobil telefonlara aid olur. Bu da onu göstərir ki, Azərbaycanda dolayı vergiləndirmə sistemi getdikcə daha çox artır", - deyə N. Cəfərli vurğulayıb..

Ekspertin fikrincə, bütün bunların fonunda mobil telefonların bahalaşması gözlənilir:B"iz yəqin ki bazarda mobil telefonların bahalaşmasının şahidi olacağıq".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 037
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 727
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter