• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Tahir Əmiraslanov kitablarını niyə yandırıb? - AÇIQLAMA

Tahir Əmiraslanov kitablarını niyə yandırıb? - AÇIQLAMA


Azərbaycan Milli Kulinariya mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanov kitablarını yandırıb.

O, bu barədə sosial şəbəkələrdə paylaşım edib. T.Əmiraslanov bildirib ki, hər dəfə əsəbiləşəndə kitablarını və arxivin bir hissəsini töküb yandırır:

“Həm əsəblərim sakitləşir, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və s. yaxşı yanır. Bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm?!" - o qeyd edib.
Əziyyətlə topladığı 100-dən çox mənbə kitabı yandıran mütəxəssis növbəti dəfə açıqlama verərək atdığı addımı belə izah edib:

“Müxtəlif yozumları qarşılamaq üçün səbəbini açıqlayıram. İnsanlarımızın kitab oxumamalarına və bununla ölkəmizi geri çəkmələrinə etiraz edirəm. “National Geographic” kimi böyük bir resursda mətbəximiz təhrif edilir. Mətbəxi qorumaq üçün yaradılmış qurum bunu təkzib etmir, cavablandırmır. Buna etirazımı bildirirəm. Bunları yozmaq lazım deyil”, - deyə o söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib. Onun yerinə bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter