“Bir həftəyə öldürən” xəstəlik yayılır - Azərbaycana təhlükə...
- 14.04.2023, 15:30,
- Səhiyyə
Baxılıb: 141
Facebook
Вконтакте
Одноклассники
Google+
Son illər xarici ölkələrdə yayılan yoluxucu xəstəliklərin bizim üçün də ciddi təhlükələr yaratdığı məlumdur. Yayılan xəstəliklər əsasən qrip mənşəli xəstəliklərdir ki, bundan da insanlar ciddi əndişə keçirir. "Quş qripi”, "Donuz qripi”, "COVİD-19", "Meymun çiçəyi" kimi viruslar Azərbaycandan da yan keçməyib. Bildirək ki, dünyada yayılması ehtimal edilən virus mənşəli xəstəliklər barədə əvvəlcə proqnozlar verilir, sonra isə bu xəstəliklərin yayıldığının şahidi oluruq.
Xarici media yeni yoluxucu xəstəliyin yayılacağı barədə məlumat yayıb. Sportkp.ru-nun yaydığı məlumata görə, 2023-cü ildə Avropada yeni təhlükəli xəstəlik yaranacaq və "xəstə insanlar bir həftədən çox yaşaya bilməyəcəklər”. Sözügedən xəstəliklə bağlı proqnozda deyilir ki, 2023-cü ildə Avropada Afrikadan gətiriləcək yeni təhlükəli xəstəlik yaranacaq. Orada bu xəstəliyə "kunu” deyirlər, onun törədicisi "qan qurdları”dır. Proqnozlara görə, xəstə bir həftədən çox yaşaya bilməyəcək. Onların daxili orqanları parçalanacaq, bu, yüksək temperaturla müşayiət olunacaq.
Məlumatda qeyd edilir ki, bu xəstəliyin proqnozu "xurma yarpağı”ndakı yazı vasitəsilə verilib. Avropadan yayılan yeni qorxulu xəstəlik Azərbaycan üçün nə qədər təhlükəli ola bilər?
İnfeksionist-hepatoloq Mərdan Əliyev "Yeni Müsavat”a bildirib ki, yayılan məlumatdan xəbərdardır. Həkim qeyd etdi ki, məlumatı mətbuatdan oxuyub: "Bu xəbəri oxuyan kimi araşdırmağa başladım. Ümumdünya Səhiyyə Təşkilatının saytında bu barədə məlumat yoxdur. Proqnozun kim tərəfindən verildiyi məlum deyil. Belə bir məlumatın hansı məqsədlə yayıldığını deyə bilmərəm. Bu, sadəcə, şayiədir. Elmi əsası olmadığı üçün bu barədə müzakirə aparmaq doğru deyil. Narahatlığa əsas yoxdur”.