Əli Həsənov Azərbaycana gətirildi - SON DƏQİQƏ
- 18.01.2021, 13:04,
- Siyasət
Baxılıb: 31
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycana gətirilib.
Bu barədə Bizim.Media məlumat əldə edib.
Xatırladaq ki, bir müddət əvvəl Əli Həsənov müalicə olunmaq adı ilə Türkiyəyə getmişdi. Mətbuata açıqlamasında 10 gün sonra geri qayıdacağını bildirən Əli Həsənov bu günə qədər xaricdə yaşamaqda və gizli fəaliyyət göstərməkdə idi.
Vəzifədən azad olunduqdan sonra Əli Həsənovun korrupsiya əməlləri və qanunsuz biznes fəaliyyətləri haqqında məlumatlar tirajlanmağa başlanmışdı.
Əli Həsənov son günlərdə KİVDF rəhbəri Vüqar Səfərlinin həbsi ilə yenidən gündəmə gəlmişdi. Belə ki, kütləvi informasiya vasitələri üçün dövlət büdcəsindən ayrılan 5 milyon manatın mənimsənilməsində şübhəli bilinən Vüqar Səfərli Əli Həsənovun sağ əli idi.