• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Zahid Oruc: “Mən Göyçə mahalına getmək istəyirəm"

  • 23.02.2021, 13:12,
  • Siyasət
  • Baxılıb: 43
Zahid Oruc: “Mən Göyçə mahalına getmək istəyirəm"


Azərbaycan xalqı Qələbədən sonra, itirilən bütün tarixi torpaqlara yeni nəzərlərlə baxır. Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, Prezidentin 10 noyabrdan sonra itirilmiş torpaqlara yeni məqsədlər və milli hədəflər kimi yanaşması da bunu sübut edir. "Ölkə rəhbərinin ustad Ələsgərin 200 illik yubileyinin keçirilməsinə dair sərəncamında deyilir:

“Azərbaycanlıların əzəli yurdu Göyçə mahalında Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst ermənilər tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş o irs yaşamaqdadır”..

Həqiqətən də bir xalqın mədəni varlığının və mənəvi sərvətlərinin qorunub saxlanması qayıdışınbirinci şərtidir. Bu yerdə xatırladaq ki, böyük Üzeyirin, Bülbülün büstləri də Ələsgər kimi öz yurdundan uzaq salınmışdı.Tunc heykəllər də bizimlə birgə yüz illərin döyüşünü aparıb qalib gəlir və öz mərtəbələrinə dönürlər.Halbuki Ermənistanın Azərbaycanda doğulan tarixi şəxsiyyətləri sovet generallarıdır və onların nailiyyətləri yalnız söydükləri Stalin məktəbinə məxsusdur.

İndi 30 illik ayrılıqdan sonra çoxəsrlik tarixi irsin və milli yaddaşın daşıyıcıları olan minlərlə Göyçə sakini Müdafiə nazirinə və Qarabagda sülhyaradıcı missiyaya rəhbərlik edən Rüstəm Muradova müraciət ediblər.Son 3 ayda azad olunan ərazilərin mədəni irsini, dini abidələrini qorumaq adı altında ölkəmizə münasibətini 180-dərəcə dəyişən UNESCO-dan fərqli olaraq, göyçəlilər doğulduqları yurdları yalnız insani duyğularla ziyarət etmək istəyirlər"-millət vəkili bildirib.

O əlavə edib ki, Rusiya hərbi qüvvələri mandatlarına uyğun olaraq, erməni keşişlərinin Xudavəngə- Kəlbəcər yurduna gəlişinə bələdçilik edirlər: "Halbuki ziyarətçilər içərisində rahib libası altında rütbəli zabitlərin olduguna şübhə yoxdur.Lakin Azərbaycan bundan narahat deyil.Rusiya hərbi kontingenti son 3 ayda bölgədə 1419 hektar ərazini, 443 km yolu, 1361 evi 24453 partlayıcıdan təmizləyiblər.Təqdir olunacaq hadisədir.Bizim üçün müqəddəs olan torpaqlara ruzi-bərəkət deyil, minalar əkən “qədim bir xalq”ın nazirləri Ermənistandan Xankəndinə qanunsuz və təhlükəli yollarla gəldikləri halda on minlərlə irəvanlı, göyçəli, zəngəzurlu qanuni və minasız yollarla öz tarixi yurdlarına baş çəkmək istəyirlər.Mən parlament üzvü kimi, Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istədiyimi rəsmən bəyan edirəm.Qoy,UNESCO öz nizamnaməsinə sadiq qalaraq, bizim və soydaşlarımızın da əcdadlarının irsinə dönüşünü təmin etsin! Yeri gəlmişkən, belə müraciətlərin sayı getdikcə artır. Onsuz da sərhəddin o biri tərəfində də Rüstəm Muradovun həmkarları keşik çəkir.Əgər humanitar çözüm yolları axtarırlarsa, bizim vətəndaşlarımızın müraciətlərini də təmin etmək siyasi balans yaradardı. Ermənilər bizim qayıdacağımıza əmin olduqları üçün, özlərinin olmayan torpaqlara minalar basdırmağı rəva bilib. Bizimkilər isə Göyçəni, Zəngəzuru əzəli torpaqları bildiyi üçün minalamayıb və xoş niyyətlə qayıtmaq istəyir.İndi 100 minlərlə azərbaycanlının pasportunda doğulduqları yer qrafasında bir söz yazılıb-indiki Ermənistan!".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 31
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 071
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 767
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter