Nöqsanlar aşkarlanan idarəyə yeni rəis müavini təyin edildi
- 08.05.2021, 10:45,
- Siyasət
Baxılıb: 67
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir müddət öncə pozuntulara görə vəzifəli şəxslərinin əksəriyyəti sərəncama götürülən Suraxanı Rayon Polis İdarəsində (RPİ) kadr təyinatı həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Füzuli Əhmədov işdən çıxarılıb.
Digər əmrlə F.Əhmədov Suraxanı RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
Bu postu isə daha əvvəl Famil Vəliyev tuturdu. O, ötən ilin sentyabrında təyin edildiyi bu vəzifədə 6 ay xidmət apara bildi. Bu ilin mart ayında isə vəzifəsindən çıxarılaraq Nizami RPİ-yə göndərildi.
Qeyd edək ki, bir neçə ay öncə Suraxanı Rayon Polis İdarəsində aparılan kompleks yoxlamadan sonra bir neçə yüksək rütbəli şəxs nöqsanlara görə işdən uzaqlaşdırılmışdı.