• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Prezidentin köməkçisi: “Beynəlxalq ictimaiyyətdən təkcə başsağlığı mesajları gözləmirik”

  • 05.06.2021, 13:51,
  • Siyasət
  • Baxılıb: 29
Prezidentin köməkçisi: “Beynəlxalq ictimaiyyətdən təkcə başsağlığı mesajları gözləmirik”


“Hərbi əməliyyatlar zamanı jurnalistlərin təhlükəsizliyinin qorunması ilə əlaqədar xüsusi fəaliyyət proqramı var. Biz bütün bunların müqabilində beynəlxalq ictimaiyyətdən sadəcə, başsağlığı mesajları verilməsini gözləmirik, konkret bu hal və bunun günahkarı olan Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi siyasət pislənməlidir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, hər hansı legitim hərbi zərurət olmayan ərazi minalanıb: “Bu, kəndin girəcəyindəki yoldur. Bunun bir cavabı var. Ermənistan məqsədli şəkildə bu əraziləri minalayıb. Çünki bilirlər ki, azad olunduqdan sonra mülki insanlar bu ərazilərə gələcəklər. Məqsəd mülki insanların qətliamına, ölümünə nail olmaqdır. Bu, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi siyasətdir”.

Prezidentin köməkçisi Azərbaycan jurnalistikasının bu gün səfərbər olmasını çox təqdir etdiklərini vurğulayıb: “QHT-lər, vətəndaş cəmiyyəti təsisatları dövlət strukturları ilə bərabər beynəlxalq ictimaiyyətə çoxsaylı müraciət ünvanladı və bu proses davam edir”.

Jurnalistlərin minaya düşdüyü yolun əvvəllər minalardan təmizləndiyi, bu minanın sonradan erməni diversiya qrupu tərəfindən yerləşdirildiyi barədə fikirlərə gəlincə, H. Hacıyev deyib ki, istintaq çərçivəsində bu məsələyə də baxılması mümkündür: “Fakt faktlığında qalır. Bu minalar Ermənistan tərəfindən basdırılıb. Minaların nə zaman, hansı şəraitdə basdırıldığı istintaq çərçivəsində məlum ola bilər. Amma bu minalar Ermənistan tərəfindən məqsədyönlü şəkildə basdırılıb. Məqsəd mülki insanlarımızın, yaxud hərbçilərimizin ölümünə səbəb olmaqdır. Mina basdırmağın fəlsəfəsi sadədir. Basdırılan mina qurbanını gözləyir. Bu minanın basdırılması əmrini verən dövlətin mənsubları da minanın nə üçün basdırıldığını çox gözəl bilirlər. Bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə tapşırığı ilə həyata keçirilmiş siyasətdir”.APA
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 018
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 706
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter