• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Putin: “Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr aktiv surətdə bərpa olunur”

  • 20.07.2021, 23:12,
  • Siyasət
  • Baxılıb: 65
Putin: “Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr aktiv surətdə bərpa olunur”


Pandemiya ilə əlaqədar olaraq yaranan böhrandan sonra Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr aktiv surətdə bərpa olunur.
Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Kreml mətbuat xidmətinin yaydığı məlumtada qeyd olunur ki, koronavirusdan sonra əlaqələr yenidən bərpa olunur: “Ötən il əlaqələrdə müəyyən emə qeydə alınmışdı, amma indi bərpa olunur və artım var. Rusiya iqtisadi sahədə lider yerlərdən birini tutur və hökumətlərarası komissiya fəal işləyir. Əməkdaşlıq üçün çox sahələr mövcuddur. Yaxın zamanlarda Bakıya nümayəndə heyəti göndərmək istəyirk ki, yerində məşğul olsunlar. Onlar mütəmadi olaraq müxtəlif məsələlərlə əlaqədar görüşürlər. Bu heyətin tərkibi ən müxtəlif sahələri təmsil edən şəxslərdən ibarət olacaq. Bunlar sənaye, nəqliyyat, infrastruktir və digər sahələrin adamları olacaq.

Biz indi koronavirusla mübarizə istiqamətində aktiv əməkdaşlıq edirik. Bildiyimə görə, indiyədək 100 min doza vaksin Azərbaycana göndərilib. Bundan əlavə olaraq vaksinin Azərbaycan ərazisində birgə istehsalı istiqamətində işləyirik” - Putin qeyd edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter