Ağ Evdən İrəvan və Bakıya çağırış
- 29.07.2021, 11:51,
- Siyasət
Baxılıb: 62
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Ermənistan və Azərbaycanı sərhəddə gərginliyin azaldılması istiqamətində təxirəsalınmaz addımlar atmaq barədə çağırış edib.
Belə bir bəyanatla ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Neda Prays çıxış edib. “ABŞ Ermənistan və Azərbaycan arasında beynəlxalq sərhəddə son zamanlar yaranan gərginlikdən narahatlıq keçirərək, gərginliyin aradan qaldırılması istiqamətində təxirəsalınmaz addımlar atıb atəşkəs öhdəliklərini yerinə yetirməyə çağırırıq” -N. Prays qeyd edib.
Onun sözlərinə görə, sərhəddə davam edən gərginlik yalnız "hərtərəfli qərarlar, hansı ki, iki ölkə arasındakı münasibətlərinin normallaşmasına və bölgə xalqlarının sülh şəraitində birgə yaşamasına imkan verəcək məsələlərini” şübhə altına alır.
ABŞ DD Bakı və İrəvanı münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT MQ həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesinə qayıtsın.