• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Türkiyə ilə Azərbaycan arasında imzalanmış üç müqavilə qüvvəyə minib

  • 04.09.2021, 13:54,
  • Siyasət
  • Baxılıb: 112
Türkiyə ilə Azərbaycan arasında imzalanmış üç müqavilə qüvvəyə minib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış üç müqavilənin qüvvəyə minmə tarixlərini təsdiq edib.

Report xəbər verir ki, 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Anlaşma”, 31 oktyabr 2017-ci ildə Bakı şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Müdafiə Sənayesi Anlaşması”, 25 aprel 2018-ci ildə Ankara şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Mədəniyyət Mərkəzlərinin Qurulması, İşlədilməsi və Fəaliyyətləri Haqqında Anlaşma” sənədlərinin qüvvəyə minmə tarixləri təsdiq olunub.

Sənədlər müvafiq olaraq 29 aprel 2021-ci il, 21 aprel 2021-ci il, 30 mart 2021-ci il tarixlərindən qüvvəyə minmiş hesab edilib.

“Siyahıda imzalandığı yer və tarixlər yazılmış anlaşmaların qüvvəyə minmə tarixlərinin göstərildiyi kimi müəyyən edilməsinə qərar verilmişdir”, - məlumatda qeyd edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter