• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

İngilis mətbuatı: “Ermənilər buna məcbur olacaqlar, Türkiyə bölgədədir...”

  • 01.11.2021, 11:00,
  • Siyasət
  • Baxılıb: 25
İngilis mətbuatı: “Ermənilər buna məcbur olacaqlar, Türkiyə bölgədədir...”


Britaniyanın nüfuzlu “Financial Times” qəzeti Qarabağ müharibəsindən sonra bölgədə yaranmış durumla bağlı məqalə dərc edib.

“Nüfuzlu nəşr Qarabağ müharibəsindən sonra Türkiyənin bölgədə mövqeyinin artmasına diqqət çəkərək yazır ki, Ankara danışıqlar masasında əyləşməsə də, bölgədədir:

“Təxminən bir il əvvəl Ermənistan işğalından azad edilmiş Azərbaycan torpaqlarında Şuşaya yeni magistral çəkən Türkiyə (şirkətlərinin iştirakı nəzərdə tutulur) uzun müddət Rusiyanın nəzarətində olan bölgədə artan iqtisadi varlığını ortaya qoyur”.

Mətbu orqanının yazdığına görə, yaranmış vəziyyəti nəzərə alan Ermənistanın baş naziri Nikol Paşinyanın “Mən heç bir ilkin şərt olmadan Türkiyə ilə görüşməyə hazıram” sözlərini xatırlatmaqla 1993-cü ildə pozulan münasibətlərin 2020-ci ildəki qələbədən sonra tədricən yaxşılaşa biləcəyinə ümid edir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Türkiyə ilə diplomatik əlaqələrin bərpası haqqında danışaraq deyib ki, hər iki tərəfdən də müsbət siqnallar gəlib, sərhədlərin açılması, iqtisadi əlaqələr və hökumətlər arasında yaxın əlaqələrin qurulmasə üşün fürsətlər var.

Bu müsbət bəyanatlara ehtiyatla yanaşan “Financial Times” iki ölkə arasında “erməni soyqırımı” məsələsinin olduğunu və tam hüquqlu barışığın hələ çox uzaqda olduğunu qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ankara-İrəvan arasındakı münasibətlərin normallaşdıırlması istiqamətində gedən proseslərə mövqeyini açıqlayaraq deyib ki, Türkiyə-Ermənistan münasibətləri bu iki ölkədən asılı olan məsələdir: “Əgər biz uzunmüddətli sabitlik və təhlükəsizlikdən danışırıqsa, o zaman hər kəs burada iştirak etməlidir”.

“Karnegi Europe”nin təmsilçisi, ekspert Tomas de Valın isə mətbu orqana açıqlamasında deyib ki, Türkiyənin bölgədə artan rolu Rusiyanın da xeyrinə ola bilər.

Ərdoğan və Putinin ABŞ və Avropaya güvənmədikləri üçün Qafqazda da əməkdaşlıq edə bildiklərini qeyd edən Val bildirib ki, iki lider bir çox mövzuda razılığa gələ bilməsələr də, problemləri həll edib: “Onlar arasında bir çox məsələlərdə fikir ayrılığı olan iki rəqib kimidirlər, lakin eyni dildə danışırlar və bir çox şeyi öz aralarında həll edə bildiklərindən eyni böyük gücə malikdirlər”.

Valın fikrincə, Rusiya bölgədəki ticarət əlaqələrinə daha çox nəzarət etmək üçün sovet dövründən qalma dəmir yolu vasitəsilə Ermənistanın Türkiyə ilə birbaşa əlaqəsini bərpa etmək istəyir.

Mətbu orqanı yazır ki, Türkiyə danışıqlar masası arxasında birbaşa əyləşməsə belə, şirkətləri azad olunmuş ərazilərin yenidən qurulması məqsədi ilə qarşıdakı on ildə 15 milyard dollara çata biləcək layihələrin müqavilələrini imzalayır.

Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı məsələni şərh edən “Financial Times” yazır ki, azad edilmiş torpaqlarda qurulacaq yeni şəhər və kəndlər, orada yaradılan şərait ermənilərin özlərini sonda sülhə vadar edəcək.

“Sonda ermənilər özləri məcbur olub qapıya gələcəklər ki, gəlin dost olaq. Bax ən yaxşı siyasət də budur. Savaşa da ehtiyac qalmayacaq”, - mətbu orqanı yazıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Bu gün, 13:10
  • 8
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 048
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 739
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter