• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Paşinyan: "Kommunikasiyaları açmaq lazımdır, biz buna hazırıq "

  • 08.11.2021, 11:15,
  • Siyasət
  • Baxılıb: 122
Paşinyan: "Kommunikasiyaları açmaq lazımdır, biz buna hazırıq "


"Hesab edirik ki, bəli, Azərbaycan Ermənistan ərazisindən Naxçıvanla əlaqə saxlamalıdır, biz buna hazırıq. Azərbaycanın Türkiyə ilə əlaqə saxlamaq imkanı olacaq".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

Onun sözlərinə görə, baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çox böyük iş görüb.

“Əvvəlcə mövcud kommunikasiyaları açmaq lazımdır. Zaman keçdikcə yük daşımalarının həcmi artır və yeni kommunikasiyalara ehtiyac yaranır, onda bu barədə düşünmək olar”, - o qeyd edib.

Paşinyan onu da əlavə edib ki, üçtərəfli işçi qrupu bütün mümkün marşrutları müəyyənləşdirib.
"İndi biz bu marşrutları danışıqlar zamanı müzakirə edib razılığa gəlməliyik. Burada çətini texniki məsələlər deyil, ən çətin məsələ müəyyən ediləcək formadır. Bu kommunikasiyalar hansı formada işləyəcək. Sərhəd məntəqələrində gömrük, pasport, fitosanitar məntəqələri fəaliyyət göstərməlidir", - Paşinyan deyib.

O deyib ki, ümumilikdə proses normal gedir, amma müəyyən çətinliklər və texniki məsələlər də var: “İşçi qrupda bunlar müzakirə olunur ki, necə və hansı texniki problemləri həll etmək olar. Qalan hər şey siyasi qərarlar müstəvisində olan məsələdir”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter