• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Azərbaycanın dünyada yaratdığı yeni düzən: Türk birliyinə doğru...

  • 15.11.2021, 10:27,
  • Siyasət
  • Baxılıb: 24
Azərbaycanın dünyada yaratdığı yeni düzən: Türk birliyinə doğru...


"Azərabycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra Cənubi Qafqazda geosiyasi vəziyyət tamamilə dəyişərək yeni bir mənzərə yaratdı. İkinci Qarabağ savaşından sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət regional və beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır və hər ötən gün bu əməkdaşlığın əhəmiyyəti beynəlxalq aləm tərəfindən dərk edilməkdədir. Ona görə də istər bölgə ölkələri olsun, istərsə də digər ölkələr yaranmış bu durumdan öz faydaları üçün yararlanmağa çalışır".

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Əliabbas Salahzadə deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan, Türkiyə, Rusiya bölgədə yaranmış yeni reallığın şərtlərinə uyğun olaraq yeni regional əməkdaşlıq layihələri üzərində işləyir.

“Bu məqsədlə regionda dayanıqlı sülhü, sabitliyi, inkişafı və sıx əməkdaşlığı təmin edəcək yeni logistik dəhlizlərin açılması üzərində işləyirlər. Hazırda isə bölgə ölkələrinin iştirakı ilə Avrasiyanı birləşdirəcək Şərqlə Qərbi birləşdirən Orta nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur nəqliyyat dəhlizinin yaradılması üzərində iş gedir. Bu dəhliz faktiki olaraq Aralıq və Xəzər dənizləri ölkələrinin Böyük İpək Yolu və Şimal-Cənub dəhlizinə inteqrasiyasına xidmət edəcək. Zəngəzur dəhlizinin reallaşması isə Avrasiya məkanı üçün yeni imkanlar və perspektivlər açır”, - deputat vurğulayıb.

O əlavə edib ki, Azərbaycanın bölgədə yaratdığı yeni reallığın əhəmiyyəti noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Prezidenti cənab Ərdoğan tərəfindən də dilə gətirildi.

“Türkiyə Prezidenti Azərbaycanın İkinci Qarabağ savaşında əldə etdiyi zəfərin təkcə bir ölkə üçün deyil, türk dünyası və ümumiyyətlə beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb edən bir qələbə olduğunu dilə gətirdi. Cənab Ərdoğan Azərbaycan Prezidenti cənab İlham Əliyevə Türk Şurasının Ali Ordenini təqdim edərkən çıxışında bildirdi ki, bu zəfər təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. “Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirildi. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmiş oldu.

Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.

Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb”, - deyə Ərdoğan bildirdi.

Azərbaycanın əldə etdiyi zəfər nəticəsində bölgədə yaranan yeni reallıqlar ilk növbədə bölgə ölkələri kimi türkdilli dövlətlər üçün də geniş əməkdaşlıq imkanları açır və bu məsələ Türk Şurasının Zirvə görüşündə də xüsusi qeyd edildi. Türkiyə Prezidenti Ərdoğan çıxışında Azərbaycanın əldə etdiyi zəfərə nəticəsində yaranan yeni imkanlara diqqət çəkərək bildirdi ki, siyasi və ictimai həmrəylik kimi, iqtisadi və ticari əlaqələri də gücləndirmək lazımdır. Türkdilli ölkələr arasındakı ticarət dövriyyəsinin 21 milyard dollar təşkil etdiyini bildirən Ərdoğan bu sahədəki maneələrin aradan qaldırılmasının, ölkələrimiz arasında nəqliyyat və logistika sahələrində əlaqələrin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırdı. Bildirdi ki, Xəzərdən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi başda olmaqla aramızdakı bütün yolları bu coğrafiyanın əsas arteriyalarına çevirə bilərik. O bu baxımdan Azərbaycan-Naxçıvan bağlantısının da bu mənada həyati əhəmiyyət daşıdığını qeyd edib. Bu bir daha Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi vəziyyətin bölgə və qonşu region ölkələri üçün geniş imkanlar açdığının bariz nümunəsidir”, - deputat qeyd edib.

Deputat bildirib ki, cənab Prezident İlham Əliyevin müasir dünyanın çağrışlarına uyğun yürütdüyü çevik, uzaqgörən, uğurlu, qətiyyətli və cəsarətli siyasət nəticəsində Azərbaycan qovşaq ölkəyə çevrilməklə yanaşı, beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirə bilib: “Bu istər bölgədə reallaşan enerji, iqtisadi, kommunikasiya, beynəlxalq yükdaşıma, taranzit, logistika sahəsində, istərsə də regional və beynəlxalq təşkilatlara rəhbərlik etməsi məsələsində olsun… Azərbaycanın son 2 ildə Türk Şurasına sədrlik etməsi nəticəsində təşkilat daha da inkişaf edib, üzv ölkələr arasında əlaqələr daha da dərinləşib və sıraları genişlənib. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan ikiillik sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərilib. Artıq üzv ölkələr arasında münasibətlər daha da yüksək səviyyəyə qədəm qoymaqla müttəfiqlik istiqamətində yeni bir addım atıblar. Bundan sonra qurum Türk Dövlətləri Təşkilatına çevriləcək. Bu isə gələcəkdə türkdilli ölkələr arasındakı hərtərəfli əlaqələrin daha da inkişaf edib, dərinləşməsinə, münasibətlərin müttəfiqlik səviyyəsinədə qalxmasına öz töhfəsini verəcək. Təsadüfən cənab Prezident İlham Əliyev demədi ki, bu təşkilatın çox gözəl gələcəyi var. “Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bu, birliyi diktə edir.

Əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva edirik. Bizim ölkələrimizdə zəngin təbii qaynaqlar var, müasir infrastruktur var, nəqliyyat yolları var. Türkiyə hərbi, iqtisadi və sənaye gücə malik olan ölkədir. Təkcə onu demək kifayətdir ki, Türkiyə NATO-nun ikinci ən güclü ölkəsidir və bunu öz maraqlarını və dünyada sülhü təmin etməklə dəfələrlə göstərmişdir. Ona görə mən çox ümidliyəm ki, bizim təşkilatımız qarşıda duran bütün vəzifələri icra edəcəkdir”- cənab Prezident qeyd edib. Təşkilatın beynəlxalq aləmdə nüfuz qazanıb, inkişaf etməsində isə Azərbaycanın müstəsna rolu var”, - o bildirib.

Fikrini davam etdirən deputat əlavə edib ki, türkdidlli dövlətlər arasında əlaqələrin yeni bir mərhələyə keçməsində Azərbaycanın İkinci Qarabağ savaşının nəticələri müstəsna rol oyanayacaq: “Zəngəzur dəhlizinin reallaşması bu baxımdan mühüm addım olacaq. Zəngəzur nəqliyyat dəhlizi həm türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün həmin layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir. Əbəs yerə Zəngəzur dəhlizinə Türk dünyasını birləşdirən layihə deyilmir. Hələ Azərbaycan Prezidenti Türk Şurasının 2009-cu ildə Naxçıvan zirvəsindəki çıxışı zamanı bildirib ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozub. 100 ildən sonra isə bu coğrafiyanın yenidən birləşdirilməsi istiqamətində işlər gedir. Bax Zəngəzur dəhlizinin reallaşması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Əminəm ki, bu dəhliz yaxın gələcəkdə reallaşacaq və bölgədə dayanıqlı sülh və sabitlik, inkişaf, sıx əməkdaşlıq bərqərara olacaq. Bir daha qeyd edirəm ki, bundan həm bölgə ölkələri, həm də digər ölkələr faydalanacaq. Zəngəzur dəhlizinin reallaşması isə Avrasiyanın yeni bir nəqliyyat yolunun tərkib hissəsinə çevrilməklə, Türkiyədən, Avropadan yüklər ən qısa yolla Orta Asiyaya, Əfqanıstana, Pakistana, Çinədək daşına bilər. Bu da öz növbəsində dünya ölkələri, xüsusən də türkdilli ölkələr arasında əlaqələrin daha sıx inteqrasiyasına öz töhfəsini vermiş olacaq. Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, regionun starteji əhəmiyyətini daha da artıracaq. Nəzərə alsaq ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər, o zaman gələcək əməkdaşlığın mənzərəsi hamıya bəlli olar. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. O baxımdan da türkdilli ölkələr dəyişən dünyaya uyğunlaşmaq üçün əhəmiyyətli addımlar atmalıdır. Türk Dövlətlər Təşkilatına üzv olan ölkələr gücünü birləşdirməklə beynəlxalq gücə çevrilmək imkanı əldə edə bilər. Bunun üçün böyük imkanlar və şanslar mövcuddur. Azərbaycanın yaratdığı yeni geosiyasi və geoiqtisadi durumdan faydalanmaqla böyük bir coğrafiyada yerləşən türkdilli dövlətlər böyük iqtisadi, siyasi, hərbi gücə malik olacaq. Ona görə də hədəflərə doğru addım-addım irəliləmək lazımdır. Azərbaycan isə hər zaman olduğu kimi bundan sonra da üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcək. Bir zamanlar xəyal kimi görünən ideyalar, fikirlər, əməli fəaliyyət nəticəsində reallığa çevriləcək”.

Mürtəza
Ölkə.Az

Bu yazı Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 22
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 062
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 751
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter