• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Moskva görüşü: Putin yenidən Əliyevlə Paşinyanın arasına girir

  • 20.04.2022, 09:00,
  • Siyasət
  • Baxılıb: 34
Moskva görüşü: Putin yenidən Əliyevlə Paşinyanın arasına girir


Putinlə Paşinyanın görüşü başa çatdı: rəsmi məlumata görə, tərəflər iki məsələdə razılaşıb:

- Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə birgə komissiyanın yaradılması prosesini sürətləndirmək;
- Kommunikasiyanın açılması və iqtisadi əlaqələrin bərpası üzrə Üçtərəfli İşçi Qrupunun fəaliyyətinin aktivləşdirilməsi;

Sərhəd məsələsi üzrə Brüssel görüşündə aprel ayının sonuna qədər birgə komissiyanın yaradılması razılığı əldə olunub və bu razılaşma Rusiyanın vasitəçiliyi ilə imzalanan 26 noyabr Soçi bəyanatındakı “birgə komissiyanın yaradılmasına” əsaslanır: Qərb və Rusiya masasında sərhədlə bağlı fikir ayrılığı yoxdur, lakin Moskva sərhədin delimitasiyası prosesinin onun nəzarəti altında icra edilməsini istəyir; sərhədin delimitasiyasının aparılacağı xəritələrin Rusiya Baş Qərargahında olması da rusların əlini gücləndirən məqamdır;

İndi əsas məsələ Putin-Paşinyan görüşündə “sərhədin müəyyən edilməsi üzrə birgə komissiyanın yaradılmasının sürətləndirilməsi” dedikdə hansı müddətin nəzərdə tutulmasıdır: birgə komissiya aprelin sonuna kimi yaradılacaqmı?

Bakı və İrəvan arasında sərhədlə bağlı fikir ayrılığı var: Ermənistan “güzgü prinsipi”ndən çıxış edir və tələb edir ki, Azərbaycan Ordusu de-fakto bərpa etdiyi sərhəd xəttindən geri çəkilsin, o cümlədən, Paşinyan sonuncu dəfə prosesin SSRİ dağılanda mövcud olan sərhədlər üzrə aparılması iddiasını irəli sürüb; Bakı geri çəkilmir və anklavların, eləcə də ortlaq və əkin sahəsi adı ilə Ermənistana “bağışlanan” ərazilərimiz də daxil olduğu xəritələr üzrə delimitasiya edilməsini istəyir;

Rusiya bu fikir ayrılığından istifadə edərək, aprelin sonuna qədər birgə komissiyanın yaradılmamasına nail ola bilər. Bunun olmaması Brüssel razılaşmasının – Aİ-nin vasitəçiliyinin “nəticəsizliyi” və Moskvanın “əsas vasitəçi” kimi önə çıxmasına şərait yarada bilər.

Bu vəziyyət sərhəddə yeni gərginliyin olacağı gözləntisini də önə çıxarır.

Kommunikasiyanın açılmasında da Qərb və Rusiya masasında nəzəri baxımdan ciddi fərq yoxdur, hərçənd, əlaqələrin bərpası, yolların açılmasında Rusiya əsas maraqlı tərəfdir, xüsusilə Qərblə qarşıdurma fonunda bu, Cənubi Qafqazdakı maraqları baxımından Moskva üçün aktuallaşıb. Putin və Paşinyan Üçtərəfli İşçi Qrupunun işinin aktivləşdirilməsindən bəhs edirlər, lakin kommunikasiyanın açılması, o cümlədən, sərhədin müəyyən edilməsi üçün əvvəlcə 10 noyabr razılaşmasının 4-cü bəndinin icrası lazımdır. Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisindən olduğu müddətdə iki ölkə arasında əlaqələrin bərpası, yaxud sərhədin müəyyən edilməsi mümkünsüzdür.

Paşinyan-Putin görüşü haqda rəsmi məlumatda 10 noyabr bəyanatının icrası ilə bağlı sadəcə “razılaşmanın ardıcıl həyata keçirilməsinin tərəfdarıyıq” qeydi vurğulanır. İndiyə qədər bütün müzakirələrdə və ümumi bəyanatlarda 10 noyabr bəyanatı haqda yalnız bu qeyd bildirilib, lakin heç bir irəliləyiş yoxdur.

Görüşlə bağlı məlumatda əsas diqqətçəkən məqamlardan biri də “Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşlərinin keçirilməsidir”. Bu o deməkdir ki, Putin yenidən təşəbbüsü ələ almaq, tərəflər arasında “vasitəçilyini” intensivləşdirmək niyyətindədir. İstisna deyil ki, Paşinyanla görüş haqqında Putinin Əliyevlə telefon söhbəti olsun. Bu vəziyyət sülh prosesini yenidən çətinləşdirir.

Mümkündür ki, Bakı erməni qoşunların çıxarılmasını növbəti dəfə də əsas məsələ kimi irəli sürəcək. Lakin Paşinyanın xüsusilə daxili atmosferə görə bu qərarı verməsi çətin görünür. Bu baxımdan, erməni ordusunun qalıqlarının çıxarılmasının alternativ yolları aktuallaşa bilər. Moskva sərhəd və kommunikasiya üzrə irəliləyişin olmasını istəyirsə - mövcud geosiyasi şərtlər bunu tələb edir - bu prosesdə ən azı neytral qalmalıdır. Əks təqdirdə, bölgənin gələcəyi yenidən düyünlənir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 037
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 727
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter