• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

“Taliban” Bakıdakı səfirliyə məktub göndərdi

  • 23.05.2022, 12:19,
  • Siyasət
  • Baxılıb: 76
“Taliban” Bakıdakı səfirliyə məktub göndərdi


Ötən ilin yay aylarında Əfqanıstanda hakimiyyətə gələn “Taliban” rejimi bu ölkənin Bakıdakı səfirliyi ilə əlaqələr qurmağa başlayıb.

Modern.az məlumata görə, Əfqanıstanın Azərbaycanda fəaliyyət göstərən səfirliyi ilə Kabil arasında müxtəlif məktublaşmalar həyata keçirilib.
Hazırda diplomatik nümayəndəliklə yeni hakimiyyət nümayəndələri arasında təmaslar mövcuddur.

Lakin Əfqanıstanda hakimiyyət dəyişikliyinə baxmayaraq, “Taliban”ın tətbiq etdiyi yeni bayraq Bakıdakı səfirlikdə qaldırılmayıb.

Qeyd edək ki, bundan öncə Əfqanıstanın Azərbaycandakı səfirliyi səfir Amanullah Ceyhunun Bakıda olduğu və fəaliyyətinə davam etdiyini açıqlamışdı. Eyni zamanda, Azərbaycanda yaşayan Əfqanıstan vətəndaşları da səfirliyə problemləri barədə müraciət edə bilirlər.

Xatırladaq ki, ötən il avqustun 15-də “Taliban” hərəkatının üzvləri Əfqanıstanın paytaxtı Kabili ələ keçiriblər. Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkəni tərk etməyə məcbur olub. “Taliban” hakimiyyəti ələ aldıqdan sonra Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edib. İndiyədək bir çox ölkələr “Taliban” hakimiyyətini rəsmən qəbul etməyib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter