• 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 

İlham Əliyevin Mirziyoyevə zəngi: Mərkəzi Asiya uğrunda savaşda Azərbaycanın yeri

  • 27.07.2022, 10:19,
  • Siyasət
  • Baxılıb: 28
İlham Əliyevin Mirziyoyevə zəngi: Mərkəzi Asiya uğrunda savaşda Azərbaycanın yeri


Azərbaycan bütün dövrlər ərzində Mərkəzi Avrasiya geosiyasi münasibətlər sistemində mühüm həlqələrdən biri olub və var olmaqda davam edir. Avrasiya coğrafiyasında baş verən son yeni geosiyasi düzənlər Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artıraraq ciddi regional aktora çevirməkdədir. Artıq Avrasiya coğrafiyasındakı bütün güclər Azərbaycanın təkcə bölgədə yaratdığı yeni geosiyasi reallığı deyil, eyni zamanda ciddi aktor rolunu qəbul edib, onun Avrasiyanın yeni düzənindəki yeri və roluna uyğun şəkildə siyasət yürütməkdədirlər. Bu da tarixən Avropa və Asiyanın iri regional dövlətlərinin qovşağında yerləşən Azərbaycanın həm Şərqə, həm də Qərbə üz tutan etibarlı “qapı-ölkə” rolunu reallaşdırmaqla yanaşı, müasir şəraitdə geostrateji rəqabətin mərkəzində duran ölkəyə çevirir. Məhz bunun nəticəsidir ki, Qərb Rusiyadan asılılığını azaltmaq, Şərqlə münasibətlərini qurmaq üçün ən ciddi alternativ yol kimi Cənubi Qafqazdan keçən “Orta dəhliz”in reallaşmasına böyük üstünlük verir. Çünki Qərblə Şərqi birləşdirən ən qısa yol “Orta dəhliz”dir. Digər bir məqam isə Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi ən müxtəlif logistik infrastruktur layihələrinin mövcud olmasıdır. İstər enerji, istər tranzit-yükdaşıma, istərsə də digər kommunikasiya əlaqələrini təmin edilməsi baxımdan infrasturktur layihələri reallaşdırılıb. Bütün bunlar Azərbaycanın ciddi bir aktor rolunu oynamasında böyük imkanlar yaradır.

Azərbaycanın yürütdüyü bu siyasətin nəticəsi olaraq təkcə Avropa ölkələri deyil, eyni zamanda Mərkəzi Asiya ölkələri və Çin də bu istiqamətdə ölkəmizlə əməkdaşlığa ciddi maraq göstərir.
Təsadüfi deyil ki, hələ zamanında geostrategiya sahəsində tanınmış mütəxəssis Z.Bjezinski Azərbaycan haqqında bu fikirləri işlədib: “Kiçik ərazisinə və əhali sayının az olmasına baxmayaraq, nəhəng enerji resurslarına malik olan Azərbaycan geosiyasi planda da aparıcı əhəmiyyət kəsb edir. Bu, Xəzər dənizi hövzəsinin və Mərkəzi Asiyanın sərvətlərinin olduğu şüşə qabda bir tıxacdır”.

Bjezinski onu da qeyd edib ki, Azərbaycan Qərbin Rusiyadan asılılığını azaltmaq üçün Mərkəzi Asiyaya çıxışını təmin edən “qapı ölkədir”.

Azərbaycan üzərinə düşən tarixi missiyanı yaxşı dərk edir və bu missiyanı yerinə yetirmək üçün ciddi çabalar göstərməkdədir. Odur ki, Azərbaycan ilk növbədə Türkiyə ilə birgə addım atmaqdadır. Bu məqsədlə Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yeni dövrün tələblərinə uyğun şəkildə qurmaq istiqamətində siyasət yürütməkdədir.

Onu da qeyd edək ki, Avrasiya coğrafiyasında yeni geosiyasi düzəndə Mərkəzi Asiya ölkələri Rusiya və Çinin təsirinə qarşı alternativlər axtarışındadır. Bu məqsədlə ötən həftə Mərkəzi Asiya ölkələrinin Qırğızıstandakı Zirvə görüşünün yekunu olaraq Rusiyanın təsirindən uzaqlaşmaq məqsədi ilə Avrasiya İqtisadi İttifaqından kənar birgə əməkdaşlıq Memorondumu imzalandı. Düzdür, Taciksitan və Türkmənistan bu sənədə imza atmasa da, birgə əməkdşalıqda maraqlı olduqlarını bəyan ediblər.

Mərkəzi Asiya ölkələri daha çox Azərbaycan üzərində Türkiyə və Qərblə əməkdaşlıqda maraqlıdır. Bunu da gizlətmirlər və açıqca mövqelərini ortaya qoymaqdadırlar. Azərbaycan da Mərkəzi Asiya ölkələrinin bu çağırışına adekvat reaksiya verərək, münasibətlərini daha da dərinləşdirmək niyyətindədir.

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 24-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı elə yürüdülən siyasətin tərkib hissəsi hesab etmək olar. Hər iki ölkənin lideri telefon danışığı zamanı bir sıra ciddi məqamlara toxunub.

Birincisi, ölkələrarası əlaqələrin daha da dərinləşdirilməsinə ən ciddi təsir edən amil ölkə liderlərinin bir-birinə olan münasibətidir. Bu mənada Azərbaycan və Özbəkistan liderləri arasında çox isti və səmimi münasibət mövcuddur. Hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduğundan cari ilin iyunun 20-22-də Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı ölkələr arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə imzalandı. Hər iki ölkə lideri bu sənədi gələcək əməkdaşlığın strateji yol xəritəsi adlandırdı. İki ölkə arasında əlaqələrin yeni bir mərhələyə qədəm qoyulması məqsədi ilə Özbəkistan lideri Azərbaycana rəsmi səfərə dəvət edildi.

İkinci vacib məqam avqustun əvvəlində Daşkənddə Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının növbəti iclası və Azərbaycan-Özbəkistan-Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşləri keçirilməsinin nəzərdə tutulmasıdır. Hansı ki bu toplantılar təkcə ölkələrarası əlaqələrin inkişafına deyil, eyni zamanda regional əməkdaşlığa öz töhfəsini verəcək. Bu məsələdə Ankara və Bakının birgə səylərinin bundan sonra da daha sıx formada davam etdirilməsi nəzərdə tutulur.

Telefon danışığı zamanı diqqət çəkən digər vacib bir məqam isə Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Qaraqalpaqstanda baş vermiş hadisələrlə bağlı Özbəkistan Prezidentinə bir daha öz dəstəyini ifadə etməsidir. Prezident İlham Əliyev Azərbaycanın hər zaman olduğu kimi, Özbəkistanın yanında olduğunu bildirib. Bu da Prezident İlham Əliyevin Özbəkistanda verdiyi bəyanatın mahiyyətinə uyğun şəkildə ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ciddi ehtiyac duyulduğundan qarşılıqlı sıx əməkdaşlığa zərurət var.

O baxımdan da Prezident İlham Əliyevin Özbəkistan Prezidenti ilə telefon danışığını Bakının Mərkəzi Asiya bölgəsində aktiv siyasətinin tərkib hissəsi kimi dəyərləndirmək olar. Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın Mərkəzi Avrasiyada ciddi aktor ölkəyə çevrilməsinə öz töhfəsini verəcək.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bazar gününün havası açıqlandı

  • 23-11-2024, 15:30
  • 47
  • 0

Azərbaycanda zəlzələ olub

  • 23-11-2024, 13:10
  • 47
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 087
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 785
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter