• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Rusiyadan İrəvana “məğlubsuz, sürünün” mesajı: Ermənistanı xaosa kimlər çəkir

  • 20.08.2022, 10:00,
  • Siyasət
  • Baxılıb: 46
Rusiyadan İrəvana “məğlubsuz, sürünün” mesajı: Ermənistanı xaosa kimlər çəkir


Ermənistan mətbuatı Rusiya əleyhinə total təbliğat apararkən, erməni toplumunun Kremlə qarşı qəzəbli olduğunu qabardır... Rusiya siyasi dairələri isə Kreml qəzəblənərsə, Ermənistan dövlətinin xəritədən silinə biləcəyinə eyham vururlar…

Musavat.com məlumatına görə, Rusiya-Ermənistan münasibətlərində kəskin ziddiyyətlərin olduğu müşahidə edilir. Hətta bu ziddiyyətlərin yaxın vaxtlarda daha da dərinləşərək, gərginləşmə mərhələsini başlada biləcəyi də qətiyyən istisna deyil. Və əslində, rəsmi İrəvanla Kreml arasındakı münasibətlərdə çatların yaranması müəyyən mənada, həm də gözlənilməz xarakter daşıyır.

Ancaq son dövrlərdə baş verən hadisələr nə vaxtsa, gözlənilməz və ya qeyri-mümkün sayıla biləcək olayları reallığa çevirib. Rusiya-Ermənistan ziddiyyətləri də vaxtilə qeyri-mümkün hesab olunurdu. İndisə, inkaredilməz reallıqdır. Və yaxın gələcəkdə bu iki müttəfiq ölkə arasında çəkişmənin daha da dərinləşə biləcəyi qətiyyən istisna deyil.

Kreml Cənubi Qafqaza köçürdüyü və ondan sonrakı 200 ilə yaxın bir müddətdə himayə etdiyi ermənilərdə də, onlara yaratdığı Ermənistandan da ciddi şəkildə narazıdır. Rusiya üçün Ermənistan Kremldən gələn təlimatları qeyd-şərtsiz yerinə yetirməli olan for-postdan başqa heç nə ifadə etmir. Kreml Ermənistanı Rusiyanın Cənubi Qafqazdakı maraqlarının icraçısı olması üçün yaradıb.

Rusiyadan İrəvana “məğlubsuz, sürünün” mesajı: Ermənistanı xaosa kimlər çəkir


Əslində, son illərə qədər Kremlin himayəsi altında və silah-sursat hədiyyələri sayəsində Ermənistan özünün təhlükəsiz hesab edirdi. Ermənistan Rusiyanın regional maraqlarına öz imkanları daxilində xidmət göstərirdi. İndiki baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra isə bu vəziyyət tədricən dəyişməyə başladı.

ABŞ-ın “Soros” Fondu sayəsində hakimiyyəti ələ keçirən erməni baş nazir Rusiyanı öz xarici siyasətinin əsas hədəfinə çevirdi, Qərbə yaxınlaşma kursu seçdi. Rəsmi İrəvan Ermənistanın bütün problemlərində, onu həmişə himayə etmiş, silahlandırmış Rusiyanı ittiham etməyə başladı. Və bu baxımdan, Ermənistan siyasi dairələrinin II Qarabağ savaşında biabırçı məğlubiyyətə görə hələ də Rusiyanı günahlandırması qətiyyən gözlənilməz deyil.

Maraqlıdır ki, son vaxtlar Ermənistanın hərbi məğlubiyyətlərinə görə Rusiyanın suçlanması daha da intensivləşmiş prosesə çevrilməyə başlayıb. Ermənistandakı Rusiya əleyhinə propoqanda artıq Kremlə yaxın siyasi dairələrin də diqqətini çəkib. Rus politoloq İqor Korotçenko Ermənistan mətbuatında Rusiyaya qarşı intevsivləşən ittihamları absurd hesab edir. Onun fikrincə, ermənilərin II Qarabağ savaşında biabırçı məğlubiyyətlərinin səbəblərini Rusiya silahlarının keyfiyyətsizliyi əlaqələdirməyə haqları yoxdur.

Rus politoloq əmindir ki, Ermənistan savaşı Rusiya silahlarının keyfiyyətsizliyi ucbatından deyil, dövlət idarəçilik sisteminin yararsızlığı, yüksək səviyyədə korrupsiyanın mövcudluğu, hərbçilərin qeyri-peşəkarlığı və s. bu kimi çoxsaylı səbəblərdən uduzub.

Rusiyadan İrəvana “məğlubsuz, sürünün” mesajı: Ermənistanı xaosa kimlər çəkir


İ.Korotçenko hesab edir ki, erməni toplumu ümumiyyətlə, hərbi qələbələrə qadir deyil. Çünki erməni toplumunun əsas “qəhrəmanları” nasist çinayətkarlar, Qoregin Njde kimi hitlerçi xainlərdir. Belə hərbi cinayətkarları öz qəhrəmanı hesab edən toplum heç vaxt qalib gələ bilməz. Ermənistan hətta üçtərəfli anlaşmaları belə, sivil normalar çərçivəsində icra etməyə qadir deyil: “Azərbaycanın Laçın rayonunu tərk edən Suriya və Livandan gəlmiş erməni emiqrantlar yenə də evləri və meşələri yandırırlar, təbiətə ağır zərbə vururlar. Ermənilər anlamalıdırlar ki, savaşda məğlub olublar. Deməli, sakitcə kənara sürünməlidirlər. Və Rusiyanı ittiham etməməlidirlər”.

Ancaq Ermənistan siyasi dairələrində rus politoloqla eyni mövqeni bölüşmürlər. Ermənistan mətbuatıda “Sürməli” bazarında baş verən partlayışları, metro və aeroportların minalanması barədə xəbərləri birmənalı şəkildə Rusiya ilə əlaqələndirməyə çalışırlar. Ermənistan cəmiyyətində də artıq bu propoqanda öz təsirini göstərməkdədir və ermənilər baş verənlərin arxasında Rusiyanın ola biləcəyinə inanmağa başlayıblar.

Təbii ki, Kremldə bütün bunlardan ciddi şəkildə narahatdırlar. Rusiya siyasi dairələrində hesab edirlər ki, Ermənistan mətbuatında yer alan ittihamlar Paşinyan hakimiyyəti tərəfindən istiqamətləndirilir. Ona görə də, Rusiyanın öz for-post hərbi müttəfiqinə nota verməsi o qədər də gözlənilməz olmadı. Kreml Rusiyanın konkret faktlar göstərilmədən ittiham edilməsi ilə barışa bilməzdi.

Maraqlıdır ki, hazırda Ermənistanın siyasi dairələri əsasən Rusiyanın notasında yer alan iki cümlədən narahat olmağa başlayıblar: “Biz ittihamları Rusiya-Ermənistan müttəfiqliyinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”.

Rusiyadan İrəvana “məğlubsuz, sürünün” mesajı: Ermənistanı xaosa kimlər çəkir


Əslində, Kremlin notasındakı bu iki cümlə Paşinyan hakimiyyətinə qarşı sərt xəbərdarlıq xarakteri daşıyır. Çünki, Rusiya bir tərəfdən Ermənistanı təxribatda suçlayır. Digər tərəfdənsə, “qeyri-dost təzahürlər”in arxasında onun qarşısını almayan Paşinyan hakimiyyətinin dayandığına dolayısı eyham vurur. Və bu, Rusiyanın Ermənistana qarşı daha sərt addımlar ata biləcəyinin də mesajı təsiri bağışlayır.

Nə qədər qəribə də olsa, Ermənistanın “Lragir” nəşri Rusiyanın notasını Kremlin rəsmi İrəvanla qarşıdurmaya getməsi kimi yozur. Nəşr hesab edir ki, Ermənistan üçün zaman sürətlə tükənir: “Rusiya Ermənistanı xaosa sürükləmək istəyir”.

“Hraparak” isə əmindir ki, Rusiya-Ermənistan münasibətləri artıq ciddi çatlar verib: “Rusiya öz notası ilə rəsmi İrəvana öz bəyanatlarında və təbliğatında ehtiyatlı olmağı məsləhət görür. Eyni zamanda, Kreml israrla Paşinyan hakimiyyətindən Rusiya və Qərb arasında yekun seçim gözlədiyini sezdirir”.

Digər tərəfdən, Ermənistan mətbuatı iddia edir ki, Rusiyanın “qəribə nota”sı Kremlin daxili narahatlığının təzahürüdür. Çünki Ermənistanın Rusiyaya yönəlik sualları artır və erməni toplumu hərbi müttəfiqin siyasətindən qıcıqlanmağa başlayıb. Və bu, Ermənistanda Rusiyaya qarşı münasibəti daha mənfi məzmunla yükləyə bilər.

Ancaq Ermənistan mətbuatı Rusiya əleyhinə belə total təbliğat apararkən nəzərə almadığı bir önəmli məqam da var. Belə ki, ermənilər anlamalıdırlar ki, Ermənistan cəmiyyətinin qıcıqlanması Rusiya üçün heç bir ciddi təhlükə törətməz. Rusiyanın qıcıqlanmsı isə erməni toplumuna ümumiyyətlə, Ermənistan dövlətinin xəritədən silinməsi hesabına başa gələr.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 025
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 714
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter