“Paşinyan Qarabağı Azərbaycana təhvil verəcək, Qərbin də istəyi budur” - Hraparak
- 05.12.2022, 13:22,
- Siyasət
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
“Nikol Paşinyanın hakimiyyəti dövründə biz Qarabağı tamamilə Azərbaycana təhvil verəcəyik, çünki bu, onun mövqeyidir. Qərb ölkələrinin də istəyi elə budur”.
“Bu, “Hraparak”da “Möcüzə gözləmək xəstəliyi” məqaləsində qeyd edilib.
Yazıda daha sonra qeyd olunub ki, sülhməramlı qüvvələrin mandatını təsdiqləməmək və onların Qarabağda 2025-ci il noyabrın 9-dan sonra mövcudluğunu uzatmamaq Azərbaycan Prezidenti İlham Əliyevin istəyidir.
“Yuxarıda qeyd etdiyimiz səbəblərdən əgər o vaxta qədər Rusiya-Ukrayna müharibəsi Rusiyanın qələbəsi ilə başa çatmasa, o zaman Rusiya nə qədər bölgədən ayrılmamaq istəsə də, Qarabağın Nikol tərəfindən təhvil verilməsinin qarşısını ala bilməz. Qarabağın təhvil verilməsi və Rusiya sülhməramlı qüvvələrinin getməsi, Qərb ölkələri tərəfindən müsbət qarşılanacaq. Azərbaycan Prezidentinin siyasəti də o addıma hesablanıb. Hamımız bunu başa düşürük, amma bəzi məntiqlə möcüzə gözləyirik”, - mətbu orqanı yazır.