• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Paşinyan-Vardanyan savaşı dərinləşir: Rusiya "Ermənistan planı"nın icrasını sürətləndirir

  • 28.12.2022, 10:00,
  • Siyasət
  • Baxılıb: 37
Paşinyan-Vardanyan savaşı dərinləşir: Rusiya "Ermənistan planı"nın icrasını sürətləndirir


Kremlin "təxribat emissarı" Azərbaycanın Xankəndi və ətraf bölgəsində özünə yeni quldur dəstəsi yaradır, Ermənistanda yenidən hakimiyyəti ələ keçirməyə cəhd göstərən Qarabağ klanının təmsilçilərini ətrafına toplayır... "Musavat.com bildirir ki, Rusiyanın Ruben Vardanyana bu prosesdə dəstək verdiyinə şübhə etməyən Paşinyan hakimiyyətinin həm Kremllə, həm də onun "təxribat emissarı" ilə münasibətləri gərginləşməkdə davam edir...

Cənubi Qafqazda sülh prosesi demək olar ki, hazırda dalana dirənmiş vəziyyətdədir. Hələlik mövcud situasiyadan siyasi-diplomatik çıxış yolları məhdudlaşmış kimi görünür. Və bu, yaxın vaxtlarda regional geopolitik proseslərdə hərbi faktorların ön plana keçməsi ilə də nəticələnə bilər.

Məsələ ondadır ki, məhz Ermənistan hazırda sülh prosesindən yayınma taktikasına üstünlük verir. Rəsmi İrəvan indiki situasiyada sülh danışıqlarının Ermənistanın maraqlarına uyğun olmadığını düşünür. Mümkün qədər sülh danışıqlarının ləngidilməsinə yönəlik manevrlərin edilməsinə cəhd göstərir.

Ona görə də, Ermənistan baş naziri Nikol Paşinyanın Fransa prezidenti Emmanuel Makronun da iştirak etməsi şərtini irəli sürərək, Brüssel görüşündən yayınması artıq fərqli situasiya yaratmağa başlayıb. Rəsmi İrəvan bundan sonra bütün səviyyələrdə müzakirə ehtimalının arxa plana keçirilməsində israrlı davranır. Belə ki, bir müddət əvvəl rəsmi İrəvan Şuşa-Xankəndi yolundakı dinc etiraz aksiyasını bəhanə edərək, xarici işlər nazirlərinin görüşündə iştirakdan da imtina etməmişdi.

Paşinyan-Vardanyan savaşı dərinləşir: Rusiya "Ermənistan planı"nın icrasını sürətləndirir


Böyük ehtimalla Ermənistan yenidən xarici himayədarlarının təlimatları ilə hərəkət etməyə başlayıb. Üstəlik, Ermənistanın davranışlarında Rusiya ilə mövcud olan kəskin problemlərin də təsiri olmamış deyil. Hazırda Paşinyan hakimiyyəti Şuşa-Xankəndi yolundakı aksiya ilə bağlı yalnız Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməklə kiyayətlənmir. Buna paralel olaraq, elə Rusiyanın əleyhinə də istifadə etməyə cəhd göstərir. Rəsmi İrəvan Rusiyanı və rus "sülhməramlıları" üçtərəfli anlaşmaları pozmaqda suçlayır.

Əslində, bütün bunlar onu göstərir ki, Ermənistan və Rusiya arasında kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. Hətta bir neçə gün öncə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Kremli rəsmi İrəvana Zəngəzur dəhlizinin açılması və Ermənistanın Rusiya-Belarus İttifaqına qatılmasına məcbur etmək üçün təzyiq göstərdiyini iddia etmişdi. Bununla da rəsmi İrəvan əslində, son vaxtlar hakim partiyanı təmsil edən bəzi erməni deputatların analoji ittihamlarına qatılmış oldu.

Maraqlıdır ki, Belarusun İrəvandakı səfirinin ittifaq dövlətində üçüncü ölkəyə ehtiyac olduğunu bildirməsi Ermənistan cəmiyyətində təşviş yaratmışdı. Çünki Belarus səfiri ermənilərin ittifaq dövlətində təmsil olunmağa müsbət yanaşdıqlarını da vurğulamışdı. Halbuki, Ermənistan Təhlükəsizlik Şurasının katibi indi bunu sərt şəkildə təkzib edir, Rusiyanı məhz rəsmi İrəvana ittifaq dövlətinə qoşulmaq tələbi ilə suverenliyə zidd təzyiqlərdə suçlayır.

Nə qədər qəribə də olsa, son vaxtlar Rusiya və Ermənistan arasında belə siyasi-diplomatik qarşıdurma əlamətlərinə daha tez-tez rast gəlinir. Bir müddət öncə Rusiya xarici işlər naziri Sergey Lavrov da rəsmi İrəvanın rus "sülhməramlılar"ın üçtərəfli anlaşmaları pozması ilə bağlı ittihamlarına sərt reaksiya verməli olmuşdu. Bu dəfə isə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ittihamlarının təxribat xarakterli olduğunu vurğulayıb.

Paşinyan-Vardanyan savaşı dərinləşir: Rusiya "Ermənistan planı"nın icrasını sürətləndirir


Göründüyü kimi, Rusiya və Ermənistan arasında münasibətlər kifayət qədər gərgindir. Üstəlik, Kremllə bu ziddiyyətlərin arxasında Ermənistanda hakimiyyət uğrunda mübarizənin olduğu da tədricən ortaya çıxarmaqdır. Belə ki, Ermənistanın siyasi elitasında hesab edirlər ki, Rusiya erməni fırıldaqçı Ruben Vardanyanı Azərbaycanın Xankəndi və ətraf bölgəsinə göndərməklə, onu Paşinyan hakimiyyətinə alternativ olaraq, hazırlayır. Hər halda, Ermənistanda Qarabağ klanının hakimiyyəti ələ keçirtmək ənənəsi mövcuddur. Və Kremlin Xankəndi və ətraf bölgədə hakimiyyətə hazırladığı R.Vardanyanın üstəlik İrəvanda doğulması onu Paşinyan hakimiyyəti üçün daha da təhlükəli problemə çevirir.

Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyəti ilə Kremlin "təxribat emissarı" R.Vardanyan arasında müəyyən qarşıdurmanın olduğu qətiyyən şübhə doğurmur. Baş nazir Nikol Paşinyanın arvadı Anna Hakopyanın Araik-Vardanyan cütlüyünü Xankəndi və ətraf bölgədə azyaşlı uşaqları öz siyasi məqsədləri üçün istismar etməkdə suçlaması isə erməni toplumunda daxili ziddiyyətlərin artıq ən yüksək səviyyəyə çatdığını da göstərir. Və bu baxımdan, Ermənistan cəmiyyətinin kimə dəstək verəcəyi də müəmmalı xarakter daşıyır.

Təbii ki, belə vəziyyətdə rəsmi İrəvan üçtərəfli görüşlərin keçirilməsi də Paşinyan hakimiyyətinə sərfəli deyil. Çünki Ermənistan sülh prosesində diqtə olunan şərtləri icra etmək məcburiyyətində qalan tərəfdir. Rəsmi Bakının diqtə etdiyi şərtlərin icrası isə Paşinyan hakimiyyətinin Ermənistan cəmiyyətində dayaqlarını daha da zəiflədə bilər.

Eyni zamanda, rəsmi İrəvan hələ də ümid edir ki, Ermənistanın beynəlxalq himayədarlarının dəstəyi ilə mövcud situasiyanı öz xeyrinə dəyişməyə nail ola bilər. Halbuki hazırda bunun mümkün ola biləcəyini sezdirən heç bir əlamət yoxdur. Əksinə, zaman Ermənistanın əleyhinə işləyir. Böyük ehtimalla yaxın vaxtlarda Azərbaycan Ermənistanın bu reallığı anlaması üçün növbəti dəfə "dəmir yumruq" taktikasından istifadə etməli olacaq.

Paşinyan-Vardanyan savaşı dərinləşir: Rusiya "Ermənistan planı"nın icrasını sürətləndirir


Ermənistan cəmiyyətində ziddiyyətlərin kəskinləşməsi, Kremlin Qarabağ klanı üzərindən R.Vardanyanı Paşinyan hakimiyyətinə alternativ kimi hazırlaması erməni toplumunda çoxvektorlu qarşıdurma mühiti yaradır. Hətta bu qarşıdurma mühitinin Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçular arasına sıçradığı da iddia olunur. Ermənistanda nəşr olunan "Hraparak" qəzeti öz mənbələrinə istinadən iddia edir ki, hazırda Kremlin "təxribat emissarı" R.Vardanyanla erməni terrorçuların digər rəhbərlərindən biri olan Araik Arutyunyan və Vitali Balasanyan arasında münasibətlər gərgindir.

Ermənistan nəşri iddia edir ki, erməni terrorçuların rəhbəri Araik Arutyunyan R.Vardanyanın Xankəndi şəhərində təşkil etdiyi mitinqdə çıxış etməyib. V.Balasanyan isə ümumiyyətlə, mitinqə qatılmayıb. Bəzi məlumatlara görə, V.Balasanyan əvvəllər Rusiya və Azərbaycan təmsilçiləri ilə səhnəarxası təmaslarda xüsusi fəallıq göstərməsi ilə diqqəti çəkirmiş. İndi isə o, Kremlin "təxribat emissarı" tərəfindən tamamilə kənara çəkilməyə məcbur edilib. Və R.Vardanyanın bir müddət əvvəl öz şəxsi maraqları üçün Azərbaycan təmsilçiləri ilə səhnəarxası təmaslara cəhd göstərənlərin olduğunu bildirərkən kimləri nəzərdə tutduğu indi aydınlaşır.

Belə anlaşılır ki, Kremlin "təxribat emissarı" Azərbaycanın Xankəndi və ətraf bölgəsində özünə yeni quldur dəstəsi yaradır. Həmin quldur dəstəsinin formalaşmasında isə Ermənistanda yenidən hakimiyyəti ələ keçirməyə cəhd göstərən Qarabağ klanının təmsilçilərindən istifadə edir. Rusiyanın R.Vardanyana bu prosesdə dəstək verdiyinə şübhə etməyən Paşinyan hakimiyyəti isə ciddi şəkildə narahatdır. Ona görə də, hazırda Paşinyan hakimiyyətinin həm Rusiya, həm də Kremlin "təxribat emissarı" ilə münasibətləri gərginləşməkdə davam edir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 029
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 718
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter