• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Azərbaycan Rusiyanın VARDANYAN PLANInı əngəlləyir... - FAKT BUDUR!

  • 17.01.2023, 14:22,
  • Siyasət
  • Baxılıb: 40
Azərbaycan Rusiyanın VARDANYAN PLANInı əngəlləyir... - FAKT BUDUR!


"Qarabağda separatçılara qarşı Azərbaycan ciddi proseslərə başlaya bilər". Bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağa göndərilən Ruben Vardanyanı müdafiə etməməsi və onu prosesləri qızışdırmaqda ittiham etməsi Kremlin canişinini qəbul etmədiyini göstərir: "Ermənistan parlamentinin spikeri də Laçın dəhlizində baş verənlərlə bağlı qeyd edib ki, ölkəsi bu məsələyə qarışa bilməz.

Göründüyü kimi, Ermənistan baş nazirinin bu mövqeyi ortaya qoyursa, prinsipcə, Azərbaycanla sülh müqaviləsinin bağlanmasına getməlidir. Amma Baş nazir Nikol Paşinyan yekun sülh müqaviləsində Qarabağ məsələsini dolayı yolla sənədə salmağa çalışır. Təbii ki, Azərbaycan buna gedə bilməz və bu məsələ Azərbaycan üçün bitib.

Ermənistan müxalifəti "Madrid prinsiplərini" və digər məsələləri qabardır. Madrid prinsipləri və müharibədən əvvəl Minsk qrupunun irəli sürdüyü təkliflər tarixdə qaldı. Ermənistan tərəfi və Rusiya yenidən bu məsələyə qayıtmaq üçün bəyanatlar verir. Bu, mümkün deyil. Azərbaycan münaqişəni həll edib və müharibə yolu ilə həll ediləndən sonra əvvəlki təkliflərin üzərindən xətt çəkilir".

M.Əsədullazadə qeyd edib ki, Rusiya tərəfindən Qarabağa göndərilən Vardanyanın Xankəndidə qalması hər gün ermənilərin əleyhinə işləyir:

"Özü də bunun fərqindədir və Rusiyanın təsirindən çıxa bilmir. Qarabağa müəyyən bir missiya ilə göndərilən Vardanyan nə Ermənistan tərəfindən, nə də Qarabağda erməni icması tərəfindən qəbul edilir. Azərbaycan Rusiyanın Vardanyanın əli ilə qurduğu planların qarşısını alır".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 029
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 718
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter