Həyatla, reallıqlarla səsləşən Qanun
- 18.01.2023, 13:23,
- Siyasət
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
Köhnə “Siyasi partiyalar haqqında” qanun 30 il öncə qəbul edilib və indiki mövcud siyasi reallıqlarla və siyasi vəziyyətlə ayaqlaşmırdı. Yeni “Siyasi partiyalar haqqında” Qanunsa cəmiyyətimizin daha da inkişafına şərait yaradacaq. Çünki ölkəmizin ictimai-siyasi həyatında mühüm islahatlar həyata keçirilir, mühüm hadisələr baş verir. Təbii ki, siyasi partiyaların da siyasi meydanda fəaliyyəti və qarşılıqlı əməkdaşlığı yeni qanunla tənzimlənərsə, bu yeni sağlam rəqabət münasibətinin formalaşmasına gətirib çıxaracaq, hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malik olacaq.
Bu qanunla dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Yeni qanunda siyasi partiyanın necə təsis edilməsi, reyestrdə onlarla bağlı hansı məlumatların olması, partiya fəaliyyəti üçün tələblər, habelə siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmləri, partiya üzvlüyünə məhdudiyyətlər, partiyaların rəmzlərinin müəyyənləşməsi, onların maliyyələşməsinin təşkili, qeydə alınmayan və ya qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyətinin nədən ibarət ola biləcəyinə və sair məsələlərə dair mühüm məqamlar yer alıb.
Xüsusilə qeyd etmək lazımdır ki, yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb. Önəmlisi odur ki, qanun layihəsinin hazırlanmasında ictimai müzakirələr davamlı olaraq keçirilib ki, bu da yeni qanunda mütərrəqi ideyların və demokratik dəyələrin öz əksini tapmasına şərait yaradıb. Ölkəmizdə siyasi partiyaların fəaliyyəti üçün bərabər şərait yaradılıb.
İnanırıq ki, yeni qanun siyasi partiyaların fəaliyyəti üçün əlavə stimul olacaq və onlar arasında sağlam rəqabət mühiti yaranacaq.
Hüseyn Niftiyev,
Cəlilabad RMX PHŞ-in Ümumi şöbəsinin müdiri