• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Bakı İrəvanı küncə sıxışdırıb, sülh masasına qaytarır: Qərb və Rusiyanın çarpaz zərbələri isə təhlükə törədir

  • 09.02.2023, 10:00,
  • Siyasət
  • Baxılıb: 52
Bakı İrəvanı küncə sıxışdırıb, sülh masasına qaytarır: Qərb və Rusiyanın çarpaz zərbələri isə təhlükə törədir


Paşinyan hakimiyyəti yeni üçtərəfli görüşə hazır olduğunu vurğulasa da, vasitəşi seçiminə cəsarət etmir, rəsmi İrəvan Rusiyanı Ermənistan üçün məğlubiyyət variantı hesab edir... ABŞ və Qərb Rusiyanın vasitəçiliyinin yenidən aktivləşdirilməsindən məmnun olmayacağını sezdirir, indiki situasiyada Kremlin arxasından dolanmaq isə Ermənistan üçün təhlükəli manevr təsiri bağışlayır...

Cənubi Qafqazda sülh prosesinə geri dönüş ehtimalı artıb. Bu prosesin pozulmasında və dalana dirənməsində Rusiya və Fransanın birbaşa rolu olmuşdu. Bu iki dövlətin maraqları regional sülh prosesinin uğur qazanma ehtimalı ilə kəskin ziddiyyət təşkil edirdi. Və bu səbəbdən də, həm Rusiya, həm də Fransa Azərbaycan-Ermənistan sülh danışıqlarını pozmaq üçün bütün təsir mexanizmlərini işə salmaqdan çəkinmədi.

Rusiya sülh prozesinin uğur qazanacağı təqdirdə, Cənubi Qafqazdakı mövqelərini itirəcəyini tam dəqiqliyi ilə bilir. Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanarsa, Rusiyanın Ermənistandakı hərbi bazasına, Azərbaycanın Xankəndi və ətraf bölgəsindəki rus sülhməramlılara ehtiyac qalmayacağı qətiyyən şübhə doğurmur. Belə vəziyyətdə Kreml Rusiyanın Cənubi Qafqazdakı mövqelərini ABŞ və Qərbə təhvil verməmək üçün sülh prosesini pozmağa nail oldu.

Təbii ki, bu pozuculuq prosesində Rusiya və Fransanın maraqları uzlaşırdı. Çünki rəsmi Bakı Fransanın ermənipərəst mövqeyini səbəb göstərərək, bu dövləti regional sülh prosesində iştirak imkanlarından məhrum buraxmışdı. Sülh prosesində vasitəçi statusu qazanmadığı təqdirdəsə, Cənubi Qafqazın qapıları Fransanın üzünə bağlı qalacaqdı. Ona görə də, rəsmi Paris Paşinyan hakimiyyətini Fransanın iştirakçı olmadığı Brüssel prosesindən imtinaya şirnikləndirdi. Nəticədə Cənubi Qafqazdan çıxmaq istəməyən Rusiya və regiona yerləşməyə can atan Fransanın ortaq pozuculuq fəaliyyəti ilə sülh prosesi iflas təhlükəsi ilə üzləşdi.

Ancaq rəsmi İrəvanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma cəhdləri regional qarşıdurmanı daha fərqli istiqamətlərə yönəltdi. Belə ki, Kreml Paşinyan hakimiyyətinin Rusiyaya xəyanət siyasi kursuna “Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi” tezisi ilə cavab verdi. Ermənistanın işğalçı olduğunun bütün dünyaya belə açıq mətnlə çatdırılması rəsmi İrəvanın maraqlarına sarsıdıcı zərbə hesab oluna bilər.

İndi Ermənistanın siyasi dairələrində əsas ehtimal ondan ibarətdir ki, Azərbaycan və Rusiya güclü dövlətdirlər, Ermənistana qarşı mövqelərini də yaxınlaşdırmağa başlayıblar. Ona görə də, Türkiyənin müttəfiqi Azərbaycanla ziddiyyətlərdə qətiyyən həvəsli olmayan Rusiyanın əsas təzyiq mexanizmlərini Ermənistana qarşı çevirdiyi şübhə doğurmur. Əgər, belə davam edərsə, rəsmi Bakı Kremllə tezliklə anlaşa və Ermənistanı “qurban dövlətə” çevirə bilər. Bu haldasa, rəsmi İrəvanın üzləşdiyi şərtlərlə barışmaqdan başqa çarəsi qalmaz.

Təbii ki, mövcud situasiyanın rəsmi İrəvan üçün kifayət qədər qəliz olması Ermənistanı bəzi istiqamətlər üzrə geriyə addım atmaq məcburiyyətində buraxıb. Rəsmi İrəvanın Kremllə münasibətləri gərginləşdirməsindən sonra Ermənistan cəmiyyətində Azərbaycanla növbəti silahlı toqquşmaya Rusiyanın müdaxilə etməyərək, müşahidəçi qalacağını düşünürlər. Eyni zamanda, ABŞ və Qərbin, o cümlədən də Fransanın Ermənistana yetərli dəstək verə biləcəyinə də şübhə ilə yanaşırlar.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin son davranışlarında da müəyyən ehtiyatlılıq müşahidə olunur. Rəsmi İrəvan Azərbaycana qarşı beynəlxalq təzyiqlərə nail ola bilməməsinmdən də ciddi şəkildə məyusdur. Üstəlik, Ermənistan siyasi dairələrində erməni toplumunun “Artsax ümidləri”nin tamamilə söndürülməsinə yönəlik açıqlamaların ön plana keçdiyi də diqqəti çəkir.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan müxtəlif səbəblərlə “Dağlıq Qarabağ Azərbaycan ərazidir” tezisini gündəmə gətirmişdi. Praqa Bəyannaməsi ilə Azərbaycan və Ermənistanın Alma-Ata anlaşmasına istinadən bir-birinin ərazi bütövlüyünü tanıması da gələcək sülh sazişi üçün hüquqi baza rolunu oynayır. Və indi Ermənistan siyasi dairələri yaxınlaşan təhlükəni ön plana keçirərək, daha konkret mesajlar verməyə çalışırlar.

Hər halda, bir müddət öncə baş nazir N.Paşinyanın yaxın ətrafına daxil olan deputatın Ermənistan parlamentində “Dağlıq Qarabağ ümidləri”nin reallıqdan uzaq olduğunu vurğulaması da qətiyyən təsadüfi deyil. Belə ki, erməni deputat Ermənistanda yaşayan üç milyon şəxsin gələcək taleyinin “Artsax” əhalisi ucbatından riskə atılmasının yolverilməz olduğunu vurğulamışdı. Bu açıqlama nə qədər mübahisələrə səbəb olsa da, Paşinyan hakimiyyəti hər halda, gələcək proseslərin mümkün nəticələrini Ermənistan cəmiyyətinə elə indidən çatdırmağa nail olub.

Yəni, rəsmi İrəvan Ermənistan cəmiyyətinə Azərbaycanla anlaşıb, sülh sazişi imzalamqdan başqa alternativin qalmadığıni təbliğ edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın son açıqlaması isə indiki proseslərin arxasından sülh danışıqlarının çıxa biləcəyi ilə bağlı ehtimalı gücləndirir. Erməni nazir yeni üçtərəfli görüşün ola biləcəyini istisna etməyib. Və bildirib ki, hazırda danışıqlar dayanmayıb, əksinə, intensiv şəkildə davam edir.

A.Mirzoyan onu da vurğulayıb ki, hazırda rəsmi İrəvan Azərbaycanın göndərdiyi sülh şərtlərinin detallarını araşdırmaqla məşğuldur. Erməni nazir indiki halda, müzakirələrin məzmunu barədə məlumatların ictimailəşdirilməsinin prosesə ziyan vura biləcəyini bildirib. Ancaq onun fikrincə, hələlik yalnız “bəzi məsələlərdə tərəflərin mövqelərinin yaxınlaşması” və “bəzilərində isə irəliləyişin olmadığı” barədə ümumi danışmaq mümkündür.

Göründüyü kimi, Ermənistan yenidən sülh danışıqları masasına qayıtmaq məcburiyyətində qalıb. Rəsmi İrəvan hətta tezliklə yeni üçtərəfli görüşün keçirilə biləcəyini də vurğulayır və bəzi məsələlərdə mövqelərin yaxınlaşdığını iddia edir. Ancaq rəsmi İrəvanın yeni üçtərəfli görüşün hansı səviyyədə və hansı ölkədə olacağından əmin deyil.

Çünki Ermənistan siyasi dairələri Rusiyanın vasitəçiliyinin yalnız məğlubiyyət vəd etdiyini düşünürlər. Üstəlik, ABŞ və Qərb də rəsmi İrəvana Rusiyanın vasitəçiliyinin yenidən aktivləşdirilməsindən məmnun qalmayacağını sezdirir. Halbuki, indiki situasiyada Rusiyanın arxasından dolanmaq da, Ermənistan üçün təhlükəli manevr təsiri bağışlayır.(Yeni Müsavat)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 024
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 713
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter