• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Əliyev iki “geopolitik bomba”nın fitilini çəkdi: Biri İrəvanın, digəri Kremlin qucağında partlayacaq

  • 21.02.2023, 10:02,
  • Siyasət
  • Baxılıb: 62
Əliyev iki “geopolitik bomba”nın fitilini çəkdi: Biri İrəvanın, digəri Kremlin qucağında partlayacaq


Əgər, Paşinyan hakimiyyəti rəsmi Bakının təklifinə qarşı çıxarsa, ABŞ və Qərbin qınağına hədəf olacaq, bu mövzunun hətta Ermənistan cəmiyyətində də kəskin müzakirələrə və mübahisələrə yol aça biləcəyi qətiyyən istisna deyil... Rəsmi İrəvan təklifi qəbul edib, icrasına başlayacağı təqdirdəsə, Ermənistanın Rusiya ilə münasibətlərində qarşıdurma dərinləşəcək, Kremlin təzyiqləri daha da sərtləşəcək...

Münhen Təhlükəsizlik Konfransından sonra Cənubi Qafqazda geopolitik proseslərin istiqamətlərində müəyyən dəyişikliklərin baş verə biləcəyi artıq qətiyyən istisna deyil. Belə ki, Rusiyanın Cənubi Qafqazda şəriksiz orbitr olmadığı birməmalı şəkildə təsdiqləməyə başlayıb. Son vaxtlara qədər Avropa Birliyi və Fransa daha çox Rusiyanın regional orbitr statusuna şərik çıxmağa çalışırdı. İndisə artıq ABŞ da regional proseslərdə birbaşa iştirak etmək üçün əlavə geopolitik mexanizmlər qazanmış kimi görünür.

Məsələ ondadır ki, ABŞ-ın dövlət katibi Entoni Blinkenin uzun müddətdən bəri dalana dirənmiş sülh danışıqları prosesini yenidən fəal fazaya qaytarmağa nail olması böyük əhəmiyyət daşıyır. Dövlət katibi E.Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında növbəti yüksək səviyyəli görüşün baş tutması ABŞ-ın Cənubi Qafqazda geopolitik təşəbbüsü Rusiyanın əlindən almağa yaxın olduğunu göstərir. Bu baxımdan, hadisələrin sonrakı inkişaf istiqaməti daha çox Rusiyanın bu prosesə verəcəyi reaksiyadan asılı ola bilər.

Belə görünür ki, hazırda regional proseslərin Rusiyanın maraqlarına uyğun cərəyan etmir. Əksinə, indi Kreml rəsmi İrəvanın Qərbə yönəlik avantürist manevrləri ilə Rusiyanın regional mövqelərini itirmək təhlükəsi ilə üzləşib. Rusiyanın öz hərbi müttəfiqi və ənənəvi regional for-postu ermənistandan aldığı geopolitik zərbələr Kremli daha sürətli və radikal qərarlar qəbul etmək məcburiyyətində buraxır. Və indi Kremlin bu prosesə müqavimət resurslarının təsir dairəsi Rusiyanın Cənubi Qafqazdakı gələcək taleryini dəqiqləşdirəcək.

Təbii ki, rəsmi Bakı da Azərbaycanın maraqlarını təmin etmək üçün geopolitik manevrlərini davam etdirir. Bu baxımdan, Münhen görüşünün ilkin nəticələrini də rəsmi Bakının önəmli diplomatik uğuru hesab etmək olar. Xüsusilə də, Prezident İlham Əliyevin üçtərəfli görüşdə irəli sürdüyü Zəngəzur dəhlizində və Laçın yolunda sərhəd keçid və nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifi olduqca böyük önəm daşıyır. Bundan sonra geopolitik və regional sülh proseslərin məhz Azərbaycan liderinin həmin təklifinin təsiri altında qalacağı da qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, 44 günlük savaşdan sonra rəsmi Bakı israrla Zəngəzur dəhlizinin açılmasını tələb edirdi. 10 noyabr anlaşmasında Zəngəzur dəhlizinin adı çəkilməsə də, onun dəqiq təsviri mövcuddur. Üstəlik, bu dəhlizə məhz Rusiya sərhəd qoşunlarının nəzarət etməsi nəzərdə tutulur. Yəni, bu dəhlizin açıqlamsı və ona nəzarət Rusiyanın maraqlarına tamamilə cavab verir.

Ancaq nə qədər qəribə də olsa, Rusiya rəsmiləri bu mövzuda həmişə susmağa, hətta bəzi hallarda nəqliyyat-kommunikasiya xətlərinin onların keçdiyi ölkələrin qanunvericiliyi əsasında fəaliyyət göstərməli olduğunu vurğulayırdılar. Yəni, Kreml Ermənistanla yeni mübahisə mövzusunun yaranmasından yayınmağa çalışırdı. Rəsmi Bakının bu məsələdə israrlı olması isə onsuz da Rusiyanın maraqlarına cavab verirdi. Və Kreml Zəngəzur dəhlizinə nəzarətlə bağlı hədəfinə məhz Azərbaycanın sayəsində nail olacağına ümid bəsləyirdi.

Ancaq bundan sonra Rusiya rəsmi dairələrinin bu ümidləri artıq boşa çıxmış kimi görünür. Çünki rəsmi Bakı artıq Zəngəzur dəhlizinin hər iki tərəfində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edir. Buna paralel olaraq, eyni prinsiplərin Laçın yolu bölgəsi üzrə Azərbaycan-Ermənistan sərhəddində də tətbiqini ön plana çıxarır. Yəni, Rusiya 10 noyabr üçtərəfli anlaşmaya uyğun olaraq, Zəngəzur dəhlizinə nəzarəti ələ keçirtmək istəyirsə, Kreml bunu birbaşa Ermənistanla həll etməlidir. Və bundan sonra Rusiyanın rəsmi İrəvanla əlavə mübahisələr yarana biləcək Zəngəzur dəhlizi mövzusunda Azərbaycanın arxasında gizlənməsi mümkün olmayacaq.

Digər tərəfdən, Prezident İlham Əliyev ABŞ dövlət katibi E.Blinkenin vasitəçiliyi ilə baş tutan üçtərəfli görüşdə bu təklifi irəli sürməklə, Ermənistanı da çətin vəziyyətə saldı. Belə ki, rəsmi Bakının Ermənistandan Zəngəzur dəhlizinin açılmasını tələb etməsindən Paşinyan hakimiyyəti Azərbaycana qarşı qara propoqanda kimi istifadə edirdi. Rəsmi İrəvan Azərbaycanı Ermənistana qarşı aqressiv davranmaqda, Zəngəzur dəhlizini hərbi yolla açmaq niyyətində suçlamağa çalışırdı. Və artıq rəsmi İrəvanın əlindən bu ittiham mövzusu birdəfəlik alınmış oldu.

Üstəlik, Prezident İlham Əliyevin nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifi ABŞ və Qərbin maraqlarına da tamamilə cavab verir. Çünki ABŞ və Qərb Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini qətiyyən istəmir. Bu dəhlizin Rusiyanın təsir dairəsindən kənarda qalmasında maraqlıdır. Və bu halda, Kremlin Cənubi Qafqazda Rusiyanın mövqelərini möhkəmləndirmək üçün əlavə mexanizm qazana bilməyəcəyindən tamamilə əmindir.

Onu da qeyd edək ki, Azərbaycan liderinin ABŞ və Avropa Birliyinin də nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifini müsbət qarşılayaraq, beynəlxalq hüquq normaları baxımdan, məntiqli hesab etdiklərini vurğulaması da qətiyyən təsadüfi deyil. İndi rəsmi İrəvan həm Zəngəzur dəhlizinin giriş-çıxışlarında nəzarət-buraxılış məntəqələri yaratmalıdır, həm də eyni addımların Laçın yolunun sərhəd hissəsində atılmasının qaçılmazlığı ilə barışmaq məcburiyyətindədir. Və baş nazir Nikol Paşinyanın bu məsələyə etiraz etməməsi də rəsmi İrəvanın pat vəziyyətinə düşməsindən xəbər verir.

Əgər, Paşinyan hakimiyyəti bu təklifə qarşı çıxarsa, ABŞ və Qərbin qınağına hədəf ola bilər. Eyni zamanda, bu mövzunun Ermənistan cəmiyyətində də kəskin müzakirələrə və mübahisələrə yol aça biləcəyi qətiyyən istisna deyil. Rəsmi İrəvanın bu təklifi qəbul edib, icrasına başlayacağı təqdirdəsə, Ermənistanın Rusiya ilə münasibətlərində olan çatlar daha da dərinləşməyə başlayacaq. Kremlin rəsmi İrəvana daha sərt təzyiqlərə üstünlük verməsi qaçılmaz olacaq. Hər halda, bu variant Rusiyanı həm Zəngəzur dəhlizinə, həm də Laçın yoluna nəzarət hüququndan məhrum edilməsi anlamı daşıyır.

Göründüyü kimi, Prezident İlham Əliyev çevik siyasi-diplomatik manevrlə, Münhendə keçirilən üçtərəfli görüşdə iki “geopolitik bomba” hazırlayıb. Onlardan birini Ermənistanın, digərini isə Ermənistanın qucağına buraxıb. Və indi bu “geopolitik bombalar”ın nə vaxt partlayacağı həm rəsmi İrəvanın, həm də Kremlin atacağı addımlardab asılı olacaq.(Yeni Müsavat)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 022
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 710
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter