Prezident İlham Əliyevin 2020-ci il 10 mart tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışını yaxşı xatırlayıram. Azərbaycan Prezidenti cənab İlham Əliyev Milli Məclisdə bir saatdan artıq çıxış etdi. Bu çıxış özünün konseptual xarakteri ilə seçildi. Ölkə Prezidenti çıxışında bir çox məqamlara toxundu. Dövlət başçısı seçkilərin demokratik, şəffaf və müasir standartlara cavab verən səviyyədə keçirildiyini qeyd etdi.
Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Son 19 ildə Azərbaycanda əldə edilən iqtisadi inkişafın dünyada təkrarı yoxdur. Biz yaxşı başa düşürük ki, minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir.
Azərbaycanda sistemli islahatlar cari ildə də davam etdirilir, dövlət idarəetmə sistemi, icra və qanunverici hakimiyyəti və digər institusional sahələri əhatə edir. Möhtərəm Prezidentimizin Milli Məclisin VI çağırışının birinci iclasında bu mövzuya xüsusi diqqət ayırması, islahatların əhəmiyyətini və uğurlu nəticələrini diqqətə çatdırması göstərir ki, müasirləşməyə, yeniləşməyə, ölkəmizin daha da inkişafına xidmət edən bu siyasi kurs ardıcıldır və gələcək dövrlərdə də uğurla reallaşdırılacaq.
Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi bununla izah olunur.
Bir neçə söz də cənab İlhgam Əliyevin məlum çıxışında yer almış beynəlxalq əməkdaşlıq haqqında söyləmək yerinə düşər. Cənab İlham Əliyev Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən danışıb, Dağlıq Qarabağ məsələsində ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısının alınmasında fəallığı artırmağın zəruriliyindən söhbət açıb. O, qeyd edib ki, bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Son illər ərzində biz müxtəlif təzyiqlərlə, müxtəlif kampaniyalarla üzləşmişik, ancaq öz yolumuzdan dönməmişik. Ölkəmizin, xalqımızın əmin-amanlığı, təhlükəsizlik, sabitlik, xalqımızın rifahı, müstəqil siyasətimiz bizim üçün hər şeydən üstündür. Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik, bəzi təşkilatların üzvüyük, o təşkilatlara könüllü şəkildə daxil olmuşuq, könüllü şəkildə də çıxa bilərik - əgər nə vaxtsa bu təşkilatlarda bizi nəsə qane etməsə, yaxud da bizə qarşı olan qərəzli münasibət o həddə çatsın ki, artıq bizim hövsələmiz tükənsin. Ona görə hesab edirəm ki, bütün siyasi qurumların nümayəndələri bu sahədə də çox diqqətli olmalıdırlar. Ötən üç ildə Avropa ölkələri ilə əlaqələr xeyli möhkəmlənib, Qoşulmama Hərəkatını təmsil edən ölkələrlə həm siyasi, həm də iqtisadi təmaslar güclənib, xüsusilə türkdilli dövlətlərlə inteqrasiya məsələsinə diqqətlə yanaşılıb. Əlbəttə, bu mütərəqqi işdə Preziden İlham Əliyevin şəxsi təşəbbüsləri böyük rola malikdir.
Məhərrəm Nağıyev,
YAP Cəlilabad RT,
Təzəkənd ƏPT-nın sədri YAP veteranı