Azərbaycan XİN: "Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir"
- 13.04.2023, 10:51,
- Siyasət
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
2020-ci ildən bəri Azərbaycanda mina qurbanlarının sayı 290 nəfərə çatıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, keçmiş təmas xəttindən uzaqda, bir müddət əvvəl Ermənistan istehsalı olan 2021-ci il üçün minaların aşkar edildiyi Laçın rayonunda növbəti mina partlayışı nəticəsində azərbaycanlı mülki şəxs xəsarət alıb.
"Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir", - XİN-dən bildirilib.
Qeyd edək ki, aprelin 12-də Laçında daha 1 nəfər mülki şəxs minaya düşmüşdü.