• 14:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 12:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 10:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

“Azərbaycanlılar çox vətənpərvər və qonaqpərvərdirlər”

  • 03.05.2023, 13:07,
  • Siyasət
  • Baxılıb: 134
“Azərbaycanlılar çox vətənpərvər və qonaqpərvərdirlər”



“Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə, biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik.” Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunda nitqindən (2 fevral 1996-cı il). “Azərbaycanın zəngin beynəlmiləlçilik ənənələri var. Burada həmişə bir çox millətlərin nümayəndələri yaşamışdır və bu gün də yaşayırlar. Biz bunu Azərbaycanın sərvəti sayırıq, bunu qiymətləndiririk və qoruyub saxlamaq istəyirik.” Həştərxan televiziyasının müxbiri ilə müsahibəsindən (15 fevral 1996-cı il). “Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər torpaqlarımızı tez geri qaytaracağıq, azad edəcəyik ərazi bütövlüyümüzü təmin edəcəyik.” Novruz şənliyində çıxışından (21 mart 1996-cı il). “Azərbaycanlılar çox vətənpərvər və qonaqpərvərdirlər.”Almaniyadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşdə çıxışından (Bonn, 1 iyul 1996-cı il). “Cəmiyyətimizi Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı, milli ənənələri prinsipləri əsasında tərbiyə etmək lazımdır.” Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının üçüncü ildönümü ilə əlaqədar Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə nitqindən (2 avqust 1996-cı il).“Biz hamımız azərbaycanlıyıq, hamımız bir millətik. Hamımızın bir dilimiz - Azərbaycan dilimiz var, hamımız bir dinə mənsubuq, hamımız bir millətin övladlarıyıq.” Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının üçüncü ildönümü ilə əlaqədar Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdən (2 avqust 1996-cı il). “Azərbaycanın müstəqil yaşaması, Azərbaycanın milli azadlığı, xalqımızın öz taleyinin sahibi olması, özünün milli-mənəvi, dini dəyərlərinə sahib olması tarixi bir hadisədir.” İslam dininin banisi Həzrəti Məhəmməd Əleyhissəlamın müqəddəs mövlud günündə Bakının Şıx kəndində Bibiheybət məscidinin bərpasına başlanması mərasimində çıxışından (23 iyul 1997-ci il). “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır.” Azərbaycanın milli qəhrəmanları və şəhidlərin ailə üzvləri ilə görüşdə çıxışından (27 dekabr 1993-cü il). “Bəşəriyyət üçün sülhə, barışığa nail olmağın yolu Tanrı nuruna tapınmaqdan, mənəvi, ruhani kamillikdən keçib gedir.”İstanbul Beynəlxalq "Sülh və səbir" konfransının iştirakçılarına müraciətindən (Bakı şəhəri, 7 fevral 1994-cü il). “Azərbaycan xalqı öz tarixinə, öz milli ruhuna, öz milli ənənələrinə sadiq qalmış və bu duyğuları, bu hissləri qəlbində qoruyub saxlamışdır.” Türkiyə Böyük Millət Məclisində çıxışından (9 fevral 1994-cü il). “Əsrlər boyu başına gəlmiş bəlaların hamısından xalqımız öz gücü, cəsarəti, qəhrəmanlığı sayəsində çıxmışdır.” Böyük Britaniyada yaşayan azərbaycanlılarla görüşdə çıxışından (London, “Hilton” oteli, 23 fevral 1994-cü il). “Gərək hamımız dərk edək ki, müstəqillik qazanmışıq, xalqımız azaddır, öz taleyini həll etmək imkanı var, Azərbaycan müstəqil dövlət kimi yaşamalı və inkişaf etməlidir. Bunun üçün hər bir kəsdə vətəndaşlıq hissi, Vətənin taleyi ilə yaşamaq hissi yüksək səviyyədə olmalıdır.” Prezident Sarayında pambıqçılıqda mövcud vəziyyət və səpin kampaniyasına hazırlıqla əlaqədar problemlərin həlli yollarına həsr olunmuş müşavirədə çıxışından (30 mart 1994-cü il). “Azərbaycan xalqının qəlbində milli azadlıq ruhu, müstəqillik ruhu daim yaşamışdır.” Azərbaycanın dövlət müstəqilliyi gününə həsr olunmuş təntənəli yığıncaqda çıxışından (17 oktyabr 1994-cü il). “Hər bir azərbaycanlı bunu anlamalı, bilməlidir.
“Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir.” Azərbaycan yazıçılarının X qurultayında nitqindən (30 oktyabr 1997-ci il). “Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir.” Yeni Azərbaycan Partiyasının gənclər birliyi nümayəndələrinin ümumrespublika toplantısında nitqindən (18 fevral 1998-ci il “Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımi işlər görmüşük.” Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə andiçmə mərasimində nitqindən (18 oktyabr 1998-ci il). “Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir... Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik... Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq... Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir.” Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitqindən (21 noyabr 1998-ci il). “Azərbaycan xalqı tarixən digər dinlərə həmişə dözümlü olmuş və onlara hörmətlə yanaşmışdır. Bu, Azərbaycan xalqının milli xüsusiyyətidir.” Bakıda TRASEKA-nın daimi katibliyi ofisinin açılış mərasimində nitqindən (21 fevral 2001-ci il). “Avropa ilə Asiyanın qovuşağında, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, islam, xristian və yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc yanaşı yaşamış və gördüyümüz kimi, indi də yaşamaqdadır.” “Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması” mövzusunda beynəlxalq konfransın açılış mərasimində nitqindən (10 oktyabr 2002-ci il).
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 191
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 562
  • 21
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter