• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Rusiya Qarabağda sülh istəmir - FAKT BUDUR!

  • 31.05.2023, 13:30,
  • Siyasət
  • Baxılıb: 42
Rusiya Qarabağda sülh istəmir - FAKT BUDUR!


Avropa İttifaqı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa və Almaniya liderləri, eləcə də Avropa Şurasının sədri Şarl Mişel arasında Kişineu sammiti çərçivəsində "böyük görüş"ə hazırlaşır. Görüşün mayın 31-də, yaxud iyunun 1-də baş tutacağı deyilib. Şarl Mişel də Ermənistan və Azərbaycan liderləri arasında görüş olacağını təsdiqləyib.

Diplomat görüşün təfərrüatları və proqramı barədə ətraflı məlumat verməyib, yalnız onun sammit çərçivəsində baş tutacağını vurğulayıb. Bundan əvvəl N.Paşinyan da bildirib ki, Ermənistan və Azərbaycan iyunun 1-də Kişineuda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində imzalana biləcək sənədlə bağlı razılığa gəliblər. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da deyib ki, Kişineuda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək görüş zamanı sülh sazişi imzalana bilər. Xatırladaq ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov söyləyib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündür.

Lakin Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan ötən gün bildirib ki, Kişineuda sülh sazişinin imzalanması keçiriləcək görüşün gündəliyində deyil:

“Dəfələrlə qeyd etdiyimiz kimi, əsas məsələlər həll olunanda Ermənistan tərəfi sazişi imzalamağa hazır olacaq. Hesab edirik ki, iyunun 1-də Kişineuda planlaşdırılan görüş zamanı və ondan sonra onlarla bağlı müzakirələr davam olunacaq. Sözügedən sazişin imzalanması Kişineu görüşünün gündəliyinə daxil edilməyib”.

Kişineu görüşü öncəsi ziddiyyətli açıqlamaları "Sherg.az"a təhlil edən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli hesab edir ki, Ermənistan daxilində revanşist qüvvələrin, radikal-separatçı ermənilərin Paşinyana təzyiqi sülh müqaviləsinin tezliklə imzalanmasını ləngidir. Partiya təmsilçisinin sözlərinə görə, İrəvana təsir göstərən tərəflərdən biri də Rusiyadır. Çünki Moskva Cənubi Qafqazda stabilliyin tərəfdarı deyil:

"Kreml düşünür ki, bölgədə uzunmüddətli sülhün olması Rusiyanın təsir imkanlarını zəiflədəcək. Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçəcək. Rusiya bunu istəmir və Paşinyana təzyiq göstərməklə sülh danışıqlarını arxa plana keçirməyə cəhd göstərir. Lakin ABŞ və Avropa Birliyi regionda sabitliyin olmasında maraqlıdır. Çünki bölgə dövlətlərinin, xüsusən Azərbaycanın tranzit rolu oynaması Qərb üçün faydalıdır. Şərqlə Qərbi birləşdirən böyük ticarət körpüsü məhz Cənubi Qafqazdan keçir. Rusiya və İranı da narahat edən budur. Kişineuda tərəflər arasında müzakirələrin davam edəcəyi şübhəsizdir. Ondan sonra planlaşdırılan Brüssel təmaslarında da müəyyən razılaşmaların olacağı inandırıcıdır. Təbii ki, görüşlər davamlı olarsa, bəzi sənədlərə imza atıla bilər. Fransa açıq-aşkar Ermənistan tərəfindən çıxış edir. Almaniya və Böyük Britaniya isə uzunmüddətli sülhün təmin olunmasında maraqlıdırlar. Əvvəl-axır bu, olacaq. Rusiyanın prosesi süni şəkildə əngəlləməsi nəticəsiz qalacaq. Ermənistan da Moskvanın vassallığından çıxaraq öz ölkəsinin inkişafını istəyirsə, sülh müqaviləsini bağlamaqda maraqlı olmalıdır".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 030
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 719
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter