• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Ələt bələdiyyəsi etimadı doğruldur - ÖZƏL

  • 03.12.2019, 12:39,
  • Siyasət
  • Baxılıb: 410
Ələt bələdiyyəsi etimadı doğruldur - ÖZƏL



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə ölkəmiz daha da inkişaf edərək regionun ən qudrətli dövlətinə çevrildi. Məhz aparılan düzgün sosial-iqtisadi islahatların nəticəsidir ki, bu gün regionlarımızda belə, dünyada analoqu olmayan iri həcmli layihələr həyata keçirilir, vətəndaşlarımızın sosial şəraiti durmadan yaxşılaşır, on minlərlə iş yerləri yaradılır.

Son illər qəsəbədə xeyli işlər görülür. Xalqımızın milli bayramları mütəmadi surətdə keçirilir, hüzn günü qeyd olunur. Ramazan bayramında iftar süfrələri açılır, Qurban bayramında 150-dən çox imkansız ailəyə yardım edilir. Qələbə günü veteranlarla görüşlər keçirilir. Qəsəbə sakinlərinin xeyir-şər məclislərinin normal qaydada keçirilməsi üçün mağarlar, stol-stul düzəldilərək onların ixtiyarına verilib. Ağacəkmə aksiyası müvafiq vaxtlarda təşkil olunur və abadlaşmaya ciddi yanaşılır. Məişət tullantılarının yığılması üçün xüsusi yerlər düzəldilib. Qəsəbədaxili yollar təmir olunub.

Hər il olduğu kimi Qaradağ rayon Ələt bələdiyyəsi fəaliyyətini Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, bələdiyyələrlə bağlı Azərbaycan qanunvericiyinə, tövsiyələrinə və bələdiyyənin 2019-cu il İş planına uyğun həyata keçirmişdir.

Mövcud qanunvericiliyə və təsdiq edilmiş İş planına əsasən hər ay bələdiyyəmizin ümumi iclasları keçirilmiş, baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Baxılmış məsələlər arasında sosial-maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, Qaradağ rayon Ələt sakinlərinin imkanlarımız daxilində müraciətlərini nəzərə alaraq küçə divarlarının suvaqlanması, rənglənməsi, bəzək işləri və təmir işləri görülmüşdür.

Qaradağ rayon Ələt bələdiyyəsi öz fəaliyyətində bu mühüm amilləri əsas götürərək şəhərin yeni inkişaf və quruculuq planlarına uyğun şəkildə abadlaşdırılması sahəsində fəal iştirak etmişdir.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qaradağ rayon Ələt bələdiyyəsinin sədri Azad Musayevdir.

Musayev Azad Məhərrəm oğlu 1966-cı ildə anadan olub.

1984-cü ildə 12 saylı Peşə təhsili məktəbini bitirib.

Əmək fəaliyyətinə Ələt Vaqon Deposunda başlayıb.

1991-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumunu bitirib.

1989-cu ildə Ələt 177 saylı peşə məktəbində müəllim, 1994-1997-ci illərə Qaradağ Rayon İcra Hakimiyyətinin Ələt Qəsəbə Nümayəndəliyinin müavini, 1998-ci ildə 177 saylı Peşə Məktəbinin direktor müavini vəzifəsinə təyin edilib.

2004-cü il bələdiyyə seçkilərində qalib gələrək üzv, 2005-ci ilin yanvarında isə Ələt bələdiyyəsinin sədri vəzifəsinə seçilib.


Qaradağ rayon Ələt bələdiyyəsinin sədri Azad Musayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Azad Musayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Azad Musayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Azad Musayevdən danışdılar yaxşı ki, Azad Musayev Qaradağ rayon Ələt bələdiyyəsinin sədri təyin olunub… Azad Musayev öz isguzarlığı ilə tanınır və seçilir….

Azad Musayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Azad Musayevi heç vaxt əqidəsindən döndərə bilməz.

Azad Musayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Azad Musayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Azad Musayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Azad Musayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Azad Musayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Azad Musayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Qaradağ rayon Ələt bələdiyyəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Azad Musayev özünü doğruldub. Bizdə hörmətli Azad Musayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Ələt bələdiyyəsi etimadı doğruldur - ÖZƏLƏlət bələdiyyəsi etimadı doğruldur - ÖZƏL
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 011
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 698
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter