• 14:47 – Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar 
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 

ABŞ səfiri İrəvanda Ermənistanı “vurdu”: Bakının şərtləri icra edilməsə, dialoq olmayacaq

  • 05.07.2023, 09:00,
  • Siyasət
  • Baxılıb: 28
ABŞ səfiri İrəvanda Ermənistanı “vurdu”: Bakının şərtləri icra edilməsə, dialoq olmayacaq


ABŞ səfiri Kristina Kvin erməni toplumuna “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” mesajını verdi, bu reallığı dəyişməyin mümkün olmadığına eyham vurdu... Qarabağdakı ermənilərə Azərbaycanın tərkibində təhlükəsiz yaşamaq şansından yararlanmaq məsləhət görülür, ABŞ üçün bunun “ən düzgün yanaşma” olduğu vurğulanır...
Ermənistan cəmiyyətində və Azərbaycanın Qarabağ iqtisadi regionunda olan erməni separatçı-terrorçular arasında panik durum mövcuddur. Son günlər ermənilərin təşvişi daha da artmağa başlayıb. Ona görə də, hazırda müxtəlif ünvanlara istiqamətli şikayətlər, xahişlər və yalvarışlar intensivləşib. Və özləri də hiss edirlər ki, artıq erməni separatizmi və terrorizmi üçün qaçılmaz xarakter daşıyan zərərsizləşdirmə mərhələsi yaxınlaşır.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan ordusunun Xankəndi və ətraf bölgədəki silahlı erməni terrorçu dəstələrinə sarsıdıcı zərbələr vurması separatçıların onilliklər boyu törətdiyi dəhşətli cinayətlərin cəzalandırılma vaxtına o qədər də çox qalmadığını göstərir. Əslində, erməni terrorçular son vaxtlara qədər mövcud situasiyadan yeni silahlı təxribatlarla gərginliyi artıraraq, çıxa biləcəklərinə ümid bəsləyirdilər. Bu səbəbdən də, Rusiya sülhməramlı qüvvələrinin arxasında gizlənərək, növbəti dəfə silahlı təxribat variantını sınaqdan çıxartmağa çalışdılar. Və rus sülhməramlıların onları qoruya bilməyəcəkləri açıq-aşkar ortaya çıxdı.

İndi radikal-revanşist erməni siyasi dairələri məhz Azərbaycan ordusunun növbəti zərbələrinin vaxtını müəyyən etməyə çalışırlar. Həmin zərbələrdən özlərini qorumaq ümidi ilə beynəlxalq qurumlara müraciət edirlər. Hətta Rusiyadan konkret addımların atmasını da istəyirlər. Çünki Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərində müvəqqəti olduğunu hələ də anlamayıblar. Və rus sülhməramlılar erməni terrorçuların təxribatlarını dəstəkləsələr də, rəsmi Bakı ilə Kremlin münasibətlərini korlaya biləcək addımlara cəsarət etməzlər.

Maraqlıdır ki, erməni terrorçuların rəhbəri Araik Arutyunyanın Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq, ondan konkret cavab gözlədiyi barədə məlumatlar da mövcuddur. Ermənistanda nəşr olunan “Hraparak” qəzeti iddia edir ki, baş terrorçu prezident V.Putinə "Dağlıq Qarabağ"la bağlı Rusiyanın planları və rus sülhməramlıların bölgədə qalma müddəti ilə bağlı suallar ünvanlayıb.

4c6eefabf037fb7119089e0e069433e4.jpg (314 KB)A.Arutyunyanın Kreml sahibindən Laçın “dəhliz”inin nə vaxt açılacağı barədə konkret məlumat verilməsini də istədiyi də bildirilir. “Hraparak” iddia edir ki, baş terrorçunun məktubunda kifayət qədər sərt ifadələrin yer alması "Dağlıq Qarabağ"ın “səbr kasası”nın tükəndiyini göstərir.

Belə anlaşılır ki, radikal-revanşistlər və erməni terrorçular Cənubi Qafqazda hansı proseslərin cərəyan etdiyi doğru-düzgün dərk edə bilmirlər. Elə bilirlər ki, hələ də ötən əsrin 90-cı illərində olduğu kimi davranmaq şanslarına malikdirlər. Və bunun qarşılığında da cəzasız qala bilərlər.

Əgər, regional proseslərin istiqamətlərini dərk etsəydilər, ilk növbədə rus sülhməramlıların bölgədə qalma müddətinin Kremldən asılı olmadığını da anlayardılar. Çünki bu məsələ Kremlin istəyinə deyil, məhz rəsmi Bakının siyasi iradəsinə bağlıdır. Yalnız rəsmi Bakı bu barədə qəti qərar vermək hüququna malikdir. Erməni separatçı-terrorçuların “səbr kasası” isə ümumiyyətlə, ironik bir mövzudur. Çünki indi Cənubi Qafqazda hər kəs məhz Azərbaycanın səbr kasasının tükənməsindən qorxmalıdır.

Əslində, baş terrorçu Araik Arutyunyanın rəsmi Bakı ilə dialoqun mümkün şərtləri barədə danışması da ümumi situasiyanı təsəvvür etməyə imkan verir. Belə ki, baş terrorçu Azərbaycanın Xankəndi və ətraf bölgəyə qaz və elektrik verməyə hazır olduğunu vurğulayıb: “Ancaq biz buna nail olmaq üçün əvvəlcə Bakıya getməliyik. İndi əsas fikir odur ki, biz Bakıya niyə getməyək? Çünki rəsmi Bakı bu gün bizimlə yalnız bir mövzunu – inteqrasiyanı müzakirə edir. Başqa mövzu müzakirə olunmur”.

553ca3cd-f6e8-4b12-8e68-cdd0639acd79.jpg (258 KB)Baş terrorçunun dediyinə görə, ona Bakıya gedib, Azərbaycanın siyasi dairələrini inandırmağa çalışmağı məsləhət görənlərin olduğunu da bildirib: “Ancaq bu, hazırda bu, demək olar ki, mümkün deyil. Çünki Azərbaycan dialoq masa arxasına oturmaqdan öncə bizə şərtlər irəli sürür. Həmin şərtlərə görə, əvvəlcə “özünümüdafiə ordusu” buraxılmalıdır. Sonrakı ardıcıllıq isə belə olacaq: “ordu”nu dağıdırıq, “dövlət idarəetmə” sistemini dağıdırıq və bələdiyyə seçkiləri mexanizmi yaradırıq. Yalnız bundan sonra qaz, işıq verilir və Azərbaycan vətəndaşı kimi, avtomobil yolu ilə gedə bilərik. Bizim edəcəyimiz iki iş var: özünümüdafiəni və müqaviməti artırmaq...”

Göründüyü kimi, rəsmi Bakı ilə dialoq şansı qazanmaq erməni separatçılar üçün o qədər də asan məsələ deyil. Əvvəlcə, rəsmi Bakının haqlı və beynəlxalq hüquqa bağlı bağlı şərtlərini yerinə yetirmək lazımdır. Azərbaycan dövləti silahlı terrorçularla dialoq aparmaq niyyətində deyil. Əgər, könüllü şəkildə tərksilah olunmasalar, erməni terrorçularla yalnız Azərbaycan ordusu “dialoq” aparacaq.

Rəsmi Bakı Azərbaycan ərazisində silahlı erməni terror dəstələrinin olmasına uzun müddət səbr göstərməyəcək. Erməni terrorçuların silahlı təxribatlarına bundan sonra heç bir xarici dövlət və beynəlxalq qurum haqq qazandıra bilməyəcək. Rəsmi Bakı son prinsipial addımları ilə Rusiya da daxil olmaqla, bütün ermənipərəst beynəlxalq dairələrə sərt mesaj vermiş oldu. Və bundan sonra Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməni əhalinin reinteqrasiyadan başqa yolunun qlmadığını hər kəsə qəbul etdirdi.

Hətta ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvin də mövcud situasiyadan yeganə çıxış yolunu açıq şəkildə erməni toplumuna çatdırmağa çalışıb. Belə ki, amerikalı səfir bildirib ki, ABŞ Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərinə inanır: “Hesab edirik ki, bütün tərəflər bunun mümkün olması üçün birgə cəhdlər göstərməlidir. ABŞ hesab edir ki, bu, düzgün yanaşmadır”.

ade012ed-5500-4e6d-844e-ce5f1444d60d.jpg (236 KB)Təbii ki, amerikalı səfirin dedikləri əsasən erməni toplumuna ünvanlanıb. ABŞ təmsilçisi bu açıqlama ilə erməni toplumuna anlatmağa çalışır ki, “Dağlıq Qarabağ” Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu reallığı dəyişmək mümkün deyil. Qarabağdakı ermənilər də bu reallığı qəbul edib, Azərbaycanın tərkibində təhlükəsiz yaşamaq şansından yararlanmalıdır. Amerikalı səfirin açıqlamasında yer alan “düzgün yanaşma” qeydi isə ilk növbədə beynəlxalq hüquq normalarına eyhamdır.

Bütün bunlar onu göstərir ki, ABŞ Cənubi Qafqazda cərəyan edən proseslərə münasibətdə mövqeyini artıq dəqiqləşdirib. Rusiya və Fransadan fərqli olaraq, ABŞ bu regionda “erməni faktoru” üzərindən məkrli planlar qurmaq niyyətindən uzaqdır. Halbuki, ABŞ-ın İrəvandakı əvvəlki səfiri daha çox Ermənistanın qeyri-rəsmi xarici işlər naziri funksiyalarını yerinə yetirməyə çalışırdı.

Deməli, ötən müddət ərzində ABŞ mövqeyini ciddi dəyişib və beynəlxalq hüquq normaları müstəvisinə qayıtmağa üstünlük verib. Böyük ehtimalla bundan sonra Azərbaycan-ABŞ münasibətləri də daha intensiv şəkildə inkişaf etməyə başlayacaq. Bu baxımdan, prezident İlham Əliyevin Azərbaycan və ABŞ arasında əlaqələrin bir sıra sahələr üzrə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulaması da qətiyyən təsadüfi deyil.

Eyni zamanda, rəsmi Bakı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında ABŞ-ın fəaliyyətini də yüksək qiymətləndirir. ABŞ səfirinin İrəvanda uydurma “erməni iddiaları”nı hədəfə alması da bu baxımdan, böyük önəm daşıyır. Və belə situasiyada “erməni xəyalları”nın artıq sona çatmaq üzrə olduğu qətiyyən şübhə doğurmur.(musavat.com)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Parlamentin iclası başladı

  • Bu gün, 12:04
  • 12
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 195
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 921
  • 60
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter