• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

“Humanitar yardım” adı altında QƏRƏZ: - Ermənistan NİYƏ DİRƏŞİR?

  • 28.07.2023, 14:22,
  • Siyasət
  • Baxılıb: 30
“Humanitar yardım” adı altında QƏRƏZ: - Ermənistan NİYƏ DİRƏŞİR?


“Rəsmi məlumatlarda Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunub. Belə bir razılıq olduğu halda beyinlərdə bir sıra suallar yaranır: Ermənistanın yenidən təxribata cəhd etməkdə məqsədi nədir?”

Bunu Ermənistandan Qarabağda yaşayan erməni əhaliyə Laçın keçid-buraxılış məntəqəsi üzərindən daşınan humanitar yardıma Azərbaycanın verəcəyi reaksiyadan danışan “Cümhuriyət” qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Laçın yolu ilə Qarabağdakı erməni əhaliyə humanitar daşıma həyata keçirmək istəməsi Ermənistanın növbəti dəfə təxribata hesablanmış addımıdır:

“Baş verənlərin arxasında təkcə Ermənistan deyil, başqa qüvvələr də var. Məqsəd isə sülh danışıqlarının pozulmasıdır. Sülh prosesinə doğru addım atıldıqca, əngəl olmağa çalışanlar daha da fəallaşır.

Laçın yolu ilə humanitar yüklərin göndərilməsi də spekulyasiya məqsədi daşıyır. Xankəndiyə humanitar yük göndərmək üçün yol təkcə Laçından keçmir, Ağdam yolu da istifadə oluna bilər.

Rəsmi məlumatlarda Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunub. Belə bir razılıq olduğu halda beyinlərdə bir sıra suallar yaranır: Ermənistanın yenidən təxribata cəhd etməkdə məqsədi nədir?

Plan sülh danışıqlarının uzadılması və sülhün blok olunmasıdır. Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı bəyanatlarına baxmayaraq, Ermənistanı növbəti təxribata sürükləyirlər.

Qarabağ ərazisində məskunlaşan ermənilərin Ermənistandan gələn humanitar yardıma ehtiyacı yoxdur. Azərbaycan öz ərazisində olan erməniləri humanitar yardımla təmin etməyə qadirdir. Bunu ermənilər də yaxşı bilir, sadəcə, danışıqların pozulması üçün müxtəlif təxribatlar törədirlər.

Hər kəs COVİD-19 pandemiyası zamanı Azərbaycanın müxtəlif ölkələrə göstərdiyi humanitar yardımların şahididir. Ölkəmiz 30-dan çox ölkəyə maddi və humanitar yardım göndərib. Əlavə olaraq, Ukraynada müharibədən əziyyət çəkənlərə də yardım etmişik. İndi 5-10 min nəfər erməniyə özümüz yardım edə bilmirik ki, onlara humanitar yardım daşınsın?

Azərbaycanın Qarabağ zəfərini həzm etməyənlər, Qafqazın cənubunda daimi sabitlik istəməyən dövlətlər və bir sıra güclər sülh prosesini əngəlləmək üçün müxtəlif planlar tərtibləyirlər. Azərbaycan rəsmiləri açıq şəkildə bəyan edir ki, Xankəndiyə hər hansı gediş, humanitar yardım üçün tək yol Laçın deyil, Ağdam yolu da var.

Azərbaycanın bu məsələdə konkret mövqeyi ortadadır. Humanitar yüklərin daşınması da daxil olmaqla bütün kommunikasiya əlaqələri də Azərbaycanın müəyyənləşdirdiyi məntəqələr vasitəsilə qurulmalıdır.

Ermənilərin isə çıxış yolu sülhə əngəl olan, sülhü bloklayan təxribatlardan imtina etmək və reallıqla barışmaqdır. Humanitar yardım karvanı təşkil etməklə, sonra onu müşayiət etməklə nəyəsə nail olmaq mümkünsüzdür”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 038
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 728
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter