• 14:47 – Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar 
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 

Ermənilərlə danışıqlar masasında SÖZÜ ƏSGƏRƏ VERMƏLİYİK - Başqa yolu YOXDUR!

  • 24.08.2023, 16:00,
  • Siyasət
  • Baxılıb: 20
Ermənilərlə danışıqlar masasında SÖZÜ ƏSGƏRƏ VERMƏLİYİK - Başqa yolu YOXDUR!


Ermənilər son günlər təxribatlarını intensivləşdirib. Təxribatlar həm iki ölkənin şərti sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində törədilir. Ermənistan tərəfinin törətdiyi növbəti təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.
Laçın sərhəd-buraxılış məntəqəsinə “humanitar yardım” adı altında yüklərin keçirilməsinə nail ola bilməyən Ermənistanın növbəti təxribatlarını genişləndirəcəyi kimsədə şübhə doğurmurdu. Təxribatların qarşısının alınması üçün Azərbaycan tərəfi kifayət qədər ciddi və təsirli addımlar atmaqla yanaşı, atəşkəs pozulan mövqelərə bayrağımızı sancmalı və əsgərlərimizin həmin mövqelərdə xidmət aparmasını təmin etməlidir. Əks halda belə təxribatlar hələ uzun müddət davam edə bilər.

AzVision.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev Ermənistanın son vaxtlar sərhəddə gərginliyi artırmasını AzərTac-a açıqlamasında şərh edərkən söyləyib.

O bildirib ki, həmçinin separatçılar son vaxtlar ordumuzun mövqelərinə yaxın uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa daha çox cəhd göstərirlər. Düşmənin mühəndis və fortifikasiya qurğularını quraşdırması isə birmənalı şəkildə Azərbaycana qarşı Ermənistan ordusunun və onun Qarabağdakı qanunsuz silahlı qalıqlarının müqavimət potensialının artırılması məqsədilə həyata keçirilir. Həmin mövqelərin Azərbaycanın top və artilleriya atəşi ilə yararsız hala gətirilməsi fortifikasiya qurğularının inşasına tamamilə mane olacaq. Zərurət yaranarsa və həmin mövqelər əlverişli mövqe kimi Azərbaycan üçün əhəmiyyət daşıyarsa, orada da Silahlı Qüvvələrimizin bölmələri yerləşdirilə bilər.

Hərbi ekspertin sözlərinə görə, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb. Kameraların quraşdırılmasına gəldikdə isə hesab edirəm ki, Azərbaycan tərəfi onları quraşdırılan gün sıradan çıxarmalıdır. Belə ki, müşahidə vasitələrinin fəaliyyətinə imkan vermək olmaz. Çünki ölkəmizin qanunvericiliyində silahlı birləşmələrin və ya güc strukturlarının hərəkətini izləmək və onlara nəzarət etmək imkanları yalnız qanunda müəyyənləşdirilmiş qurumlara aiddir. Ərazilərimizdə yerləşən qeyri-qanuni silahlı birləşmələrin və yaxud Ermənistan ordusunun və yaxud onların maliyyələşdirdiyi digər təxribatçı silahlı qüvvələrin Azərbaycana aid hissə və bölmələrin fəaliyyətini izləməsi qanuna tamamilə ziddir.

“Odur ki, bu kameraların və digər izləmə cihazlarının sıradan çıxarılması ilə yanaşı, onları quraşdıran və idarə edən şəxslərin də zərərsizləşdirilməsi mütləq şərtdir. Nəticə etibarilə Ermənistanın bütün qanunsuz fəaliyyətlərinin qarşısının alınması və düşmən silahlılarının ümumiyyətlə Qarabağdan tamamilə təmizlənməsi üçün Azərbaycanın daha sərt addımlar atması labüddür”, - deyə Ə.Verdiyev vurğulayıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 180
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 899
  • 59
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter